'ganja Open 2025' Beynəlxalq Şahmat Festivalı Başa Çatıb
Azərbaycan Şahmat Federasiyasının və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Ganja Open 2025” şahmat festivalı yekunlaşıb.
Bağlanış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov, "Təhsil" RİM Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Asif Həsənov və digər rəsmilər iştirak ediblər.
Festivalda 12 ölkədən 300-dən çox şahmatçı mübarizə aparıb. Turnirin A qrupunda 7 xal toplayan hindistanlı şahmatçı Leon Mendonca birinci yeri qazanıb.
B qrupunda isə Emil Mehrəliyev 8 xal toplayaraq bütün rəqiblərini geridə qoyub. 7,5 xal əldə edən Amin Qurbanov və Əlisəfa Zeynallı müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşdürüblər.
Rapid yarışında azərbaycanlı şahmatçı Xəzər Babazadə, blits turnirində isə özbəkistanlı Muhammadzohid Suyarov qalib gəlib.
Festivalda çıxış edən təmsilçi Tunar Davudov ilk Beynəlxalq Usta normasını yerinə yetirib.
Yarışın ümumi mükafat fondu 41.200 AZN təşkil edib. A qrupunun qalibi 10.000 AZN, B qrupunun birincisi isə 1.100 AZN mükafat qazanıb.
Qeyd edək ki, festival Azərbaycan Şahmat Federasiyasının “Chess Tour Azerbaijan” layihəsi çərçivəsində təşkil olunub.













Ganja Şura Haberleri
- 01-05-202613:13 Niyazi Bayramov Beynəlxalq Yarışlarda Fərqlənən İdmançılarla Görüşüb
- 30-04-202611:46 Gəncədə 'abad Məhəllə' Layihəsi Həyata Keçirilir
- 29-04-202618:49 Wuf13 Azerbaijan Səhifəsində Nizami Gəncəvi Məqbərəsi İlə Bağlı Paylaşım Edilib
- 29-04-202613:59 Şagirdlərlə 'rəqəmsal Dünyada Təhlükəsizlik' Mövzusu Müzakirə Olunub
- 29-04-202609:09 Gəncədə Qadın Sahibkarların I Qurultayı Keçirilib
- 28-04-202617:23 Gəncədə Akademik Zərifə Xanım Əliyevanın 103 İlliyinə Həsr Olunmuş Dəyirmi Masa Keçirilib
- 28-04-202616:11 Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin Növbəti Toplantısı Keçirilib
- 28-04-202613:45 Özbəkistan Nümayəndə Heyəti Gəncəyə Səfər Edib
- 28-04-202611:20 Gəncədə Yeni İstifadəyə Verilən Hotelə Baxış Keçirilib
- 28-04-202608:55 Bu Gün Görkəmli Oftalmoloq- Alim, Akademik Zərifə Xanım Əliyevanın Doğum Günüdür

