Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Görüşüb
İnternat tipli xarici dillər təmayüllü gimnaziyada keçirilən qəbulda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Görüşdə vətəndaşların müraciətləri tək-tək dinlənilib. Müraciətlər arasında işlə təminat, maddi yardım, fərdi yaşayış evinin təmirinə köməklik göstərilməsi və sairə məsələlər yer alıb.
Niyazi Bayramov sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq, həll edilməsi üçün qeydiyyata alınıb.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər bundan sonra da davam etdiriləcək.


















Ganja Şura Haberleri
- 08-10-202617:36 Gəncədə İlk Dəfə Voleybol Festivalı Keçirilib
- 08-10-202610:18 Gəncənin Mədəni İrsinin Qorunmasına Həsr Olunmuş Forum Keçirilib
- 07-10-202617:13 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Görüşüb
- 07-10-202617:13 Baş Prokuror Gəncə Şəhərində Vətəndaşları Qəbul Edib
- 06-10-202611:08 Gəncədə Beynəlxalq Müəllimlər Günü Qeyd Olunub
- 06-10-202606:16 Gəncənin Nümayəndə Heyəti Qırğızıstanın Oş Şəhərinə Səfər Edib
- 02-10-202622:54 Azərbaycan Milli Elmlər Akademiyasında 'gəncə Xanlığı: Sikkə Zərbi Və Pul Dövriyyəsi' Kitabının Təqdimatı Keçirilib
- 02-10-202622:54 Gəncədə 'bani By Landau' Abituriyent Məktəbinin Açılışı Olub
- 01-10-202610:54 Niyazi Bayramov Şəhərin Bir Sıra Ərazilərində Görülən Abadlıq İşlərinə Baxış Keçirib
- 01-10-202609:40 1 Oktyabr – Prokurorluq İşçilərinin Peşə Bayramı Günüdür

