Test
02 dekabr 2025 | 11:18

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev “Tehran Şəhər Sammiti 2025” çərçivəsində Asiya Merlər Forumunun 7-ci Baş Assambleyasının və Asiya Merlər Forumunun 11-ci İcraiyyə Şurasının toplantısında iştirak edib.

Tədbir Düşənbə şəhərinin nümayəndəsinin çıxışı ilə başlayıb, sonra Forumun Baş katibi Həmidreza Qolamzadə son bir il ərzində görülmüş fəaliyyətlər və gələcək planlar barədə hesabat təqdim edib.

Toplantı zamanı Düşənbə 2026-cı il üçün Asiyanın Mədəniyyət Paytaxtı, Bağdad Turizm Paytaxtı, Dubay isə Ətraf Mühit Paytaxtı elan edilib. Üzv şəhərlər Forumun siyasəti və fəaliyyətləri barədə fikir mübadiləsi aparıb və əməkdaşlığı gücləndirmək üçün təkliflər irəli sürüblər.

Sonra rəsmilər Tehran Fəlakətlərin Qarşısının Alınması və İdarə Edilməsi Təşkilatına, eləcə də şəhərin sənaye müəssisələrinə və tarixi məkanlarına ziyarət ediblər.

Önceki Haber Gəncədə 'dəyərlisən' İnklüziv Festivalı Keçirilib
Sonraki Haber Gəncədə Ümummilli Lider Heydər Əliyevin Anım Günü Münasibətilə 'yaşıl Gələcək Naminə' Aksiyasına Start Verilib

Yorum Yap