Gəncədə 26 İyun – Silahlı Qüvvələr Günü Münasibətilə 'gülüstan' Tamaşası Nümayiş Olunub
Gəncə Dövlət Milli Dram Teatrında 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə şanlı Zəfərə həsr olunmuş Vaqif Əmiraslanın “Gülüstan” pyesinin eyniadlı tamaşası nümayiş etdirilib.
Tədbirdə millət vəkili Pərvin Kərimzadə, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı və mədəni irsin qorunması şöbəsinin Mədəni irsin qorunması sektorunun müdiri Yadigar Bədəlov, Mədəniyyət Nazirliyinin İncəsənət siyasəti şöbəsinin İfa sənətləri sektorunun müdiri Böyükxanım Talıbova, Gəncə Dövlət Milli Dram Teatrının direktoru Ədalət Hacıyev, İcra Hakimiyyəti Aparatının əməkdaşları, hərbi qulluqçular, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tamaşa 44 günlük Vətən müharibəsinin və şanlı Zəfərimizin ədəbi-bədii salnaməsini özündə əks etdirir.
Səhnə əsərinin quruluşçu rejissoru Fuad Cavadzadə, quruluşçu rəssamı Mirzə Mehdi Hüseynov, bəstəkarı Svetlana Hüseynova, xoreoqrafı Sənan Cavadov, qrafik tərtibatçısı Sübhan İbrahimov, məsləhətçisi isə teatrın quruluşçu rejissoru Şahmar Məmmədovdur.
Tamaşada Əməkdar artistlər Ramiz Vəliyev, Novruz Cəfərov, Kəmalə Məmmədova, aktyorlar Zülfiyyə Əliyeva, Samir Abbasov, Şahmar Məmmədov, Zəminə Cəfərova, Emil Salmanov, Elmir Məmmədov, Zeynəb Abdullayeva və digər sənətçilər çıxış ediblər.
Səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Ganja Şura Haberleri
- 08-10-202617:36 Gəncədə İlk Dəfə Voleybol Festivalı Keçirilib
- 08-10-202610:18 Gəncənin Mədəni İrsinin Qorunmasına Həsr Olunmuş Forum Keçirilib
- 07-10-202617:13 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Görüşüb
- 07-10-202617:13 Baş Prokuror Gəncə Şəhərində Vətəndaşları Qəbul Edib
- 06-10-202611:08 Gəncədə Beynəlxalq Müəllimlər Günü Qeyd Olunub
- 06-10-202606:16 Gəncənin Nümayəndə Heyəti Qırğızıstanın Oş Şəhərinə Səfər Edib
- 02-10-202622:54 Azərbaycan Milli Elmlər Akademiyasında 'gəncə Xanlığı: Sikkə Zərbi Və Pul Dövriyyəsi' Kitabının Təqdimatı Keçirilib
- 02-10-202622:54 Gəncədə 'bani By Landau' Abituriyent Məktəbinin Açılışı Olub
- 01-10-202610:54 Niyazi Bayramov Şəhərin Bir Sıra Ərazilərində Görülən Abadlıq İşlərinə Baxış Keçirib
- 01-10-202609:40 1 Oktyabr – Prokurorluq İşçilərinin Peşə Bayramı Günüdür


