Gəncədə Autizm Spektr Pozuntuları İlə Bağlı Maarifləndirici Görüş Keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin və İcma Əsaslı Reabilitasiya Mərkəzinin (UAFA) təşkilatçılığı ilə autizm spektr pozuntuları olan uşaqlarla bağlı maarifləndirici görüş keçirilib. Tədbirdə səhiyyə sahəsində çalışan mütəxəssislər, təhsil işçiləri, eləcə də autizm spektr pozuntusu olan uşaqların valideynləri iştirak ediblər. Görüş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya”sının 2025-ci il üçün “Tədbirlər Planı”nın müvafiq bəndinin icrası ilə əlaqədar təşkil olunub.
İcma Əsaslı Reabilitasiya Mərkəzinin (UAFA) loqopedi Nərminə Rzayeva təqdimatla çıxış edərək dünyada və ölkədə autizm spektr pozuntusunun yayılma vəziyyəti, erkən diaqnostikanın əhəmiyyəti və autizmli şəxslərin reabilitasiyası istiqamətində görülməsi vacib olan tədbirlər barədə ətraflı məlumat verib. O, autizmin yalnız tibbi deyil, eyni zamanda sosial və psixoloji aspektlərinin də mövcud olduğunu vurğulayıb.
Çıxış zamanı qeyd olunub ki, sağlamlıq imkanları məhdud uşaqlara göstərilən tibbi və reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, əhali arasında autizmlə bağlı məlumatlılığın artırılması, eləcə də autizmli şəxslərin cəmiyyətə inteqrasiyasının təmin olunması əsas prioritet məsələlərdəndir. Bu istiqamətdə səhiyyə, təhsil və ailə əməkdaşlığının xüsusi əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
İştirakçıların aktivliyi ilə keçən tədbirdə autizmin əsas əlamətləri, özünü göstərmə formaları, erkən yaş dövrlərində müşahidə olunan davranış xüsusiyyətləri, həmçinin autizmli uşaqlarla düzgün ünsiyyət və davranış qaydaları haqqında ətraflı izahlar verilib. Valideynlərə gündəlik həyatda tətbiq oluna biləcək praktik tövsiyələr təqdim edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və bu kimi maarifləndirici tədbirlərin gələcəkdə də davam etdirilməsinin vacibliyi vurğulanıb.
Ganja Şura Haberleri
- 01-05-202613:13 Niyazi Bayramov Beynəlxalq Yarışlarda Fərqlənən İdmançılarla Görüşüb
- 30-04-202611:46 Gəncədə 'abad Məhəllə' Layihəsi Həyata Keçirilir
- 29-04-202618:49 Wuf13 Azerbaijan Səhifəsində Nizami Gəncəvi Məqbərəsi İlə Bağlı Paylaşım Edilib
- 29-04-202613:59 Şagirdlərlə 'rəqəmsal Dünyada Təhlükəsizlik' Mövzusu Müzakirə Olunub
- 29-04-202609:09 Gəncədə Qadın Sahibkarların I Qurultayı Keçirilib
- 28-04-202617:23 Gəncədə Akademik Zərifə Xanım Əliyevanın 103 İlliyinə Həsr Olunmuş Dəyirmi Masa Keçirilib
- 28-04-202616:11 Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin Növbəti Toplantısı Keçirilib
- 28-04-202613:45 Özbəkistan Nümayəndə Heyəti Gəncəyə Səfər Edib
- 28-04-202611:20 Gəncədə Yeni İstifadəyə Verilən Hotelə Baxış Keçirilib
- 28-04-202608:55 Bu Gün Görkəmli Oftalmoloq- Alim, Akademik Zərifə Xanım Əliyevanın Doğum Günüdür

