Test

Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasında Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanlarında çalışan dövlət qulluqçularının peşəkar inkişafının dəstəklənməsi məqsədilə təlimlər keçirilib.

Təlimlər Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.1.9-cu fəaliyyət istiqaməti – “Dövlət qulluğunda və iqtisadi idarəetmədə effektivliyin artırılması” çərçivəsində təşkil olunub. Sözügedən fəaliyyət istiqamətinin əsas məqsədlərindən biri dövlət sektorunda insan kapitalının inkişaf etdirilməsi, dövlət qulluqçularının bilik və bacarıqlarının artırılması, onların peşəkar fəaliyyətinin səmərəliliyinin yüksəldilməsidir.

Bu məqsədlə Dövlət İmtahan Mərkəzi tərəfindən paytaxt və regionlarda fəaliyyət göstərən dövlət orqanlarında qulluq keçən dövlət qulluqçuları üçün dövlət qulluğunda prioritet istiqamətlər üzrə silsilə təlimlərin keçirilməsi nəzərdə tutulub.

Gəncədə keçirilən üç günlük təlimlər çərçivəsində dövlət qulluqçularına “Ünsiyyət bacarıqlarının inkişafı”, “Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi” və “Cəmiyyətə xidmət psixologiyası: dövlət qulluqçusunun daxili motivasiyası” mövzularında təlimlər keçirilib.

Təlimlər zamanı dövlət qulluqçularının effektiv ünsiyyət qurmaq, vakant inzibati vəzifələrin idarə olunması, iş prosesində motivasiyanın artırılması, vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi və peşəkar fəaliyyətin səmərəli təşkili ilə bağlı bilik və bacarıqları artırılıb.

Önceki Haber Gəncədə 'heydər Əliyev Məktəbi' Layihəsinin Üçüncü Mərhələsinin Açılış Mərasimi Keçirilib
Sonraki Haber Gəncə Şəhəri İlə Qırğızıstanın Oş Şəhəri Arasında Qardaşlaşma Haqqında Memorandum İmzalanıb

Yorum Yap