Gəncədə Iıı Mdb Oyunlarının Rəsmi Bağlanış Mərasimi Baş Tutub
Gəncə Şəhər Stadionunda baş tutan təntənəli tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov çıxış edib.
“Müstəqil Dövlətlər Birliyinə daxil olan 8 ölkənin və Oyunlara qatılan daha 5 ölkənin idmançılarının 23 idman növü üzrə yarışlarda öz məharətlərini və əzmkarlıqlarını nümayiş etdirdilər. Onlar 235 dəst fərdi və komanda mükafatları uğrunda mübarizə apararaq, milyonlarla azarkeş və idmansevərlərə unudulmaz sevinc, həyəcan və qürur dolu anlar yaşatdılar. Bu anlara və bəxş etdikləri qürur hisslərinə görə III MDB Oyunlarında iştirak etmiş bütün idmançılara təşəkkürümüzü bildiririk. Atletlərin mübarizliyi, fədakarlığı və iradəsi bizi ruhlandırır, gələcək uğurları üçün zəmin yaradır”, – deyə Komitə sədri bildirdi.
Daha sonra Oyunların rəsmi mahnısının sədaları altında MDB bayrağı endirilib. Bayrağı III MDB Oyunlarının qalibləri – Nihad Rəhimov (sambo), Maqsud Mahsudov (batut gimnastikası), Turqut Həsənov (karate), Tərlan Qurbanəliyev (çövkən), Oqtay Hüseynov (üzgüçülük), Əli Nəzərov (Yunan-roma güləşi), Humay Dadaşova (taekvondo), Gülər Hüseynova (boks), Könül Eyvazlı (cüdo) endirdilər. Bayraq növbəti oyunlara ev sahibliyi edəcək ölkəyə təqdim olunmaq üçün MDB İcraiyyə Komitəsinə veriləcək.
Bunun ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bağlanış mərasimi bədii hissə ilə – “Natiq” ritm qrupu, Azərbaycanın xalq artisti Aygün Kazımova, Aysel Teymurzadə, Nigar Camal, Eldar Qasımov, Çingiz Mustafayev, Nadir Rüstəmli və digər ulduzların çıxışları ilə davam edib.
Sonda atəşfəşanlıq olub.
Ganja Şura Haberleri
- 29-04-202613:59 Şagirdlərlə 'rəqəmsal Dünyada Təhlükəsizlik' Mövzusu Müzakirə Olunub
- 29-04-202609:09 Gəncədə Qadın Sahibkarların I Qurultayı Keçirilib
- 28-04-202617:23 Gəncədə Akademik Zərifə Xanım Əliyevanın 103 İlliyinə Həsr Olunmuş Dəyirmi Masa Keçirilib
- 28-04-202616:11 Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin Növbəti Toplantısı Keçirilib
- 28-04-202613:45 Özbəkistan Nümayəndə Heyəti Gəncəyə Səfər Edib
- 28-04-202611:20 Gəncədə Yeni İstifadəyə Verilən Hotelə Baxış Keçirilib
- 28-04-202608:55 Bu Gün Görkəmli Oftalmoloq- Alim, Akademik Zərifə Xanım Əliyevanın Doğum Günüdür
- 27-04-202616:00 Gəncə Şəhər Ərazisində Yerləşən Kəsim Məntəqələrində İlkin Monitorinq Keçirilib
- 27-04-202613:35 Gəncədə Şagirdlər Üçün Şəhərsalma Mövzusunda Görüş Keçirilib
- 24-04-202616:41 Gəncə Şəhər İcra Hakimiyyətində Baş Prokurorluq Tərəfindən Araşdırma Aparılması İlə Bağlı Yayılan Məlumatlar Əsassızdır

