Gəncədə 'konstitusiya Və Suverenlik İli' Çərçivəsində 'gəncənin Mədəni İrsi Gənclərin Gözü İlə' Tədbiri Keçirilib
Gəncədə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Gəncənin mədəni irsi gənclərin gözü ilə” mövzusunda tədbir baş tutub. Tədbir Gəncə şəhəri İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialının, Gəncə Gənclər Evinin dəstəyi və Gəncə şəhəri Heydər Əliyev Mərkəzinin, eləcə də Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilib.
Toplantıda Gəncə şəhəri İcra Hakimiyyətinin əməkdaşları, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəis müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri, KOBİA-nın Gəncə-Qazax regional koordinatoru, Gəncə Dövlət Tarix və Mədəniyyət Qoruğunun direktoru, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin əməkdaşları, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri iştirak ediblər.
Əvvəlcə qonaqlar “Ümumilli Lider Heydər Əliyev və Azərbaycan Mədəniyyəti - 100” və “Milli mənəvi dəyərlərimiz milli kimliyimizdir” adlı sərgilərə baxış keçiriblər.
Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sağlamlıq imkanları məhdud yeniyetmələrdən ibarət “Günəş” rəqs qrupunun çıxışı izlənilib.
Tədbir panel müzakirələri ilə davam edib. Gəncə Gənclər Evinin əməkdaşının moderatorluğu ilə keçirilən paneldə tarix üzrə fəlsəfə doktoru, etnoqraf Nurlana Həmzəyeva, “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov, Gəncə şəhəri İcra Hakimiyyəti Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin baş məsləhətçisi Fidan Qaziyeva, AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov, Gəncə Regional Turizm İdarəsinin rəisi Fariz Qarayev, Əməkdar jurnalist, Nüşabə Əsəd Məmmədli, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin baş məsləhətçisi Xəlil İbrahimov, Nizami Gəncəvi Muzeyinin direktoru Teymur Əliyev, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin gənclərlə iş sektorunun baş məsləhətçisi Maarif Quliyev və Gəncə şəhəri Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova iştirak ediblər.
Panel mütəxəssislərin fikir mübadiləsi ilə davam edib və iştirakçıların sualları cavablandırılıb.
Mövzuya uyğun olaraq gənclər üçün intellektual viktorina təşkil olunub və qaliblərə hədiyyələr təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.

Ganja Şura Haberleri
- 29-04-202618:49 Wuf13 Azerbaijan Səhifəsində Nizami Gəncəvi Məqbərəsi İlə Bağlı Paylaşım Edilib
- 29-04-202613:59 Şagirdlərlə 'rəqəmsal Dünyada Təhlükəsizlik' Mövzusu Müzakirə Olunub
- 29-04-202609:09 Gəncədə Qadın Sahibkarların I Qurultayı Keçirilib
- 28-04-202617:23 Gəncədə Akademik Zərifə Xanım Əliyevanın 103 İlliyinə Həsr Olunmuş Dəyirmi Masa Keçirilib
- 28-04-202616:11 Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin Növbəti Toplantısı Keçirilib
- 28-04-202613:45 Özbəkistan Nümayəndə Heyəti Gəncəyə Səfər Edib
- 28-04-202611:20 Gəncədə Yeni İstifadəyə Verilən Hotelə Baxış Keçirilib
- 28-04-202608:55 Bu Gün Görkəmli Oftalmoloq- Alim, Akademik Zərifə Xanım Əliyevanın Doğum Günüdür
- 27-04-202616:00 Gəncə Şəhər Ərazisində Yerləşən Kəsim Məntəqələrində İlkin Monitorinq Keçirilib
- 27-04-202613:35 Gəncədə Şagirdlər Üçün Şəhərsalma Mövzusunda Görüş Keçirilib

