Gəncədə 'konstitusiyada Din Azadlığı' Mövzusunda Tədbir Keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölmesi ve YAP Gəncə şehir Təşkilatının birgə təşkilatçılığıyla “Konstitusiyada din azadlığı” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin müdiri Həsən Məmmədov, YAP Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş vicdan və din azadlığı, dövlət-din münasibətlərinin hüquqi əsasları, eləcə də dini tolerantlıq və multikulturalizm ənənələrinin qorunması istiqamətində görülən işlərdən danışıblar.
Bildirilib ki, dövlət-din münasibətlərinin sağlam və qarşılıqlı hörmətə əsaslanan modelinin formalaşması Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir və bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Natiqlər vurğulayıblar ki, Azərbaycanda müxtəlif dini konfessiyaların dinc yanaşı yaşaması, qarşılıqlı hörmət və tolerantlıq mühitinin mövcudluğu ölkənin multikultural dəyərlərə sadiqliyinin bariz nümunəsidir. Bu ənənələrin qorunması və gənc nəslə aşılanması dövlətin prioritet istiqamətlərindən biridir.
Ganja Şura Haberleri
- 01-05-202613:13 Niyazi Bayramov Beynəlxalq Yarışlarda Fərqlənən İdmançılarla Görüşüb
- 30-04-202611:46 Gəncədə 'abad Məhəllə' Layihəsi Həyata Keçirilir
- 29-04-202618:49 Wuf13 Azerbaijan Səhifəsində Nizami Gəncəvi Məqbərəsi İlə Bağlı Paylaşım Edilib
- 29-04-202613:59 Şagirdlərlə 'rəqəmsal Dünyada Təhlükəsizlik' Mövzusu Müzakirə Olunub
- 29-04-202609:09 Gəncədə Qadın Sahibkarların I Qurultayı Keçirilib
- 28-04-202617:23 Gəncədə Akademik Zərifə Xanım Əliyevanın 103 İlliyinə Həsr Olunmuş Dəyirmi Masa Keçirilib
- 28-04-202616:11 Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin Növbəti Toplantısı Keçirilib
- 28-04-202613:45 Özbəkistan Nümayəndə Heyəti Gəncəyə Səfər Edib
- 28-04-202611:20 Gəncədə Yeni İstifadəyə Verilən Hotelə Baxış Keçirilib
- 28-04-202608:55 Bu Gün Görkəmli Oftalmoloq- Alim, Akademik Zərifə Xanım Əliyevanın Doğum Günüdür

