Test
24 noyabr 2025 | 16:37

Gəncə şəhərindəki mədəni irs tədbiri, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi, Azərbaycan Dövlət Aqrar Universitetinin Gəncə Dövlət Aqrar Kolleci və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən təşkil olunub.

Tədbir, Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış, ardından Ümummilli Lider Heydər Əliyev və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Gəncə şəhərinin mədəni irsinin qorunması şöbəsinin müdiri, direktorlar, mütəxəssislər, müəllimlər və tələbələr iştirak ediblər.

Azerbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət mədəniyyət siyasətinin əsas istiqamətlərindən biri tarixi-mədəni irsin qorunmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilməkdədir. Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti nəticəsində mədəni irs nümunələri YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna əsasən, tarix və mədəniyyət abidələrini qorumaq hər bir vətəndaşın borcudur. Bu abidələr xalqın milli sərvətidir. Mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir.

Sonda tələbə-gənclərə Gəncə şəhərindəki tarix və mədəniyyət abidələri haqqında slaydlar vasitəsilə geniş məlumat təqdim olunub.

Gəncə şəhərində 258 daşınmaz tarix və mədəniyyət abidəsi qeydiyyata alınmışdır. Bunlardan 1-i dünya əhəmiyyətli, 37-si ölkə əhəmiyyətli, 220-si isə yerli əhəmiyyətli abidələrdir. Gəncə şəhərindəki abidələrin mühafizəsi istiqamətində işlər davam etdirilir.

Önceki Haber Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin Növbət İclası Keçirilib
Sonraki Haber Kəlbəcərin Azad Olunmasından 5 İl Ötür

Yorum Yap