Niyazi Bayramov Dağıstan Respublikasının Bakıdakı Rəsmi Nümayəndəsi İlə Görüşüb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Rusiya Federasiyasının Dağıstan Respublikasının Bakıdakı rəsmi nümayəndəsi Əliyar Abdullayevlə görüşüb. Qeyri-rəsmi xarakter daşıyan görüş III MDB Oyunları çərçivəsində Yunan-Roma güləşi üzrə yarışların keçirildiyi Gəncə Olimpiya İdman Kompleksində baş tutub.
Yarışları izləməyə gələn Əliyar Abdullayev Gəncədə müşahidə etdiyi qonaqpərvərlikdən və idman yarışlarının təşkilindən məmnunluğunu ifadə edib. O, MDB ölkələri arasında bu cür tədbirlərin əməkdaşlıq və mədəni mübadilə baxımından əhəmiyyətini qeyd edərək, gələcəkdə də bu münasibətlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Niyazi Bayramov Gəncədə belə beynəlxalq səviyyəli idman tədbirlərinin keçirilməsinin şəhər üçün önəmindən danışıb, bunun regionun sosial-iqtisadi və mədəni həyatına müsbət təsir etdiyini vurğulayıb.
Görüşün sonunda Əliyar Abdullayev tərəfindən Niyazi Bayramova xatirə hədiyyəsi təqdim olunub. Hədiyyə üzərində Dağıstan Respublikasının rəmzlərini və memarlıq elementlərini əks etdirən bədii təsvir yer alıb. Kompozisiyanın yuxarı hissəsində məşhur Dağıstan şairi Rəsul Həmzətovun Azərbaycanla bağlı fikrinə yer verilib.


Ganja Şura Haberleri
- 29-04-202609:09 Gəncədə Qadın Sahibkarların I Qurultayı Keçirilib
- 28-04-202617:23 Gəncədə Akademik Zərifə Xanım Əliyevanın 103 İlliyinə Həsr Olunmuş Dəyirmi Masa Keçirilib
- 28-04-202616:11 Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin Növbəti Toplantısı Keçirilib
- 28-04-202613:45 Özbəkistan Nümayəndə Heyəti Gəncəyə Səfər Edib
- 28-04-202611:20 Gəncədə Yeni İstifadəyə Verilən Hotelə Baxış Keçirilib
- 28-04-202608:55 Bu Gün Görkəmli Oftalmoloq- Alim, Akademik Zərifə Xanım Əliyevanın Doğum Günüdür
- 27-04-202616:00 Gəncə Şəhər Ərazisində Yerləşən Kəsim Məntəqələrində İlkin Monitorinq Keçirilib
- 27-04-202613:35 Gəncədə Şagirdlər Üçün Şəhərsalma Mövzusunda Görüş Keçirilib
- 24-04-202616:41 Gəncə Şəhər İcra Hakimiyyətində Baş Prokurorluq Tərəfindən Araşdırma Aparılması İlə Bağlı Yayılan Məlumatlar Əsassızdır
- 24-04-202616:41 Gdu-nun Doktorantı Rəsul Yusibov Macarıstanda Beynəlxalq Elmi Konfransda İştirak Edib

