Niyazi Bayramov İlin İlk Səyyar Qəbulunu Keçirib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 2026-cı ilin ilk səyyar vətəndaş qəbulunu keçirib. 38 nömrəli tam orta məktəbdə təşkil olunan görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Əvvəlcə Niyazi Bayramov şəhid məzunların əziz xatirəsinə həsr olunmuş lövhəni ziyarət edib, önünə tər çiçəklər düzüb.
Şəhər rəhbəri vətəndaşların müraciətlərini dinləyərək işlə təminat, maddi yardımın göstərilməsi və digər sosial məsələlərlə bağlı qaldırılan problemlərə münasibət bildirib.
Səsləndirilən müraciətlərin operativ həlli məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Bir sıra məsələlər yerindəcə həllini tapıb, digərləri isə araşdırılması və qanunvericiliyə uyğun şəkildə icrası üçün qeydiyyata götürülüb.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq səyyar qəbullar bundan sonra da mütəmadi şəkildə davam etdiriləcək.












Ganja Şura Haberleri
- 01-05-202613:13 Niyazi Bayramov Beynəlxalq Yarışlarda Fərqlənən İdmançılarla Görüşüb
- 30-04-202611:46 Gəncədə 'abad Məhəllə' Layihəsi Həyata Keçirilir
- 29-04-202618:49 Wuf13 Azerbaijan Səhifəsində Nizami Gəncəvi Məqbərəsi İlə Bağlı Paylaşım Edilib
- 29-04-202613:59 Şagirdlərlə 'rəqəmsal Dünyada Təhlükəsizlik' Mövzusu Müzakirə Olunub
- 29-04-202609:09 Gəncədə Qadın Sahibkarların I Qurultayı Keçirilib
- 28-04-202617:23 Gəncədə Akademik Zərifə Xanım Əliyevanın 103 İlliyinə Həsr Olunmuş Dəyirmi Masa Keçirilib
- 28-04-202616:11 Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin Növbəti Toplantısı Keçirilib
- 28-04-202613:45 Özbəkistan Nümayəndə Heyəti Gəncəyə Səfər Edib
- 28-04-202611:20 Gəncədə Yeni İstifadəyə Verilən Hotelə Baxış Keçirilib
- 28-04-202608:55 Bu Gün Görkəmli Oftalmoloq- Alim, Akademik Zərifə Xanım Əliyevanın Doğum Günüdür

