Azərbaycan Dövlət Aqrar Universitetində Zəfər Günü Qeyd Olunub
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib. Əvvəlcə universitet rəhbərliyi və qonaqlar Şəhidlər Xatirə Kompleksini ziyarət edərək, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və bir dəqiqəlik sükutla başlayıb.
Universitetin rektoru Zəfər Qurbanov tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edərək bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbə xalqımızın birliyinin, ordumuzun gücünün və dövlətimizin qüdrətinin təntənəsidir. “Bu Qələbə gələcək nəsillər üçün qürur mənbəyi olacaq. ADAU kollektivi şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizlə fəxr edir,” – deyə rektor vurğulayıb.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Türkiyənin Gəncədəki vitse-konsulu Yiğit Yalın Soyal və Vətən Övladları Qazilər və Veteranlar İctimai Birliyinin sədri Mehdi Kərimov çıxışlarında Zəfər Gününün xalqımızın qəhrəmanlığının və qardaşlıq birliyinin simvolu olduğunu qeyd ediblər.
Tədbirdə şəhid ailələri, qazilər, tələbələr və müəllimlər çıxış edərək Zəfərin əhəmiyyətindən, şəhidlərin və döyüşçülərin qəhrəmanlığından danışıblar.
Sonda universitet tələbələrinin hazırladığı bədii proqram nümayiş olunub. “Xarıbülbül” rəqs qrupu, “Sound Nest” vokal qrupu və tələbə ifaçıların təqdimatında vətənpərvərlik ruhunda mahnı və kompozisiyalar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Ganja Şura Haberleri
- 30-04-202611:46 Gəncədə 'abad Məhəllə' Layihəsi Həyata Keçirilir
- 29-04-202618:49 Wuf13 Azerbaijan Səhifəsində Nizami Gəncəvi Məqbərəsi İlə Bağlı Paylaşım Edilib
- 29-04-202613:59 Şagirdlərlə 'rəqəmsal Dünyada Təhlükəsizlik' Mövzusu Müzakirə Olunub
- 29-04-202609:09 Gəncədə Qadın Sahibkarların I Qurultayı Keçirilib
- 28-04-202617:23 Gəncədə Akademik Zərifə Xanım Əliyevanın 103 İlliyinə Həsr Olunmuş Dəyirmi Masa Keçirilib
- 28-04-202616:11 Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin Növbəti Toplantısı Keçirilib
- 28-04-202613:45 Özbəkistan Nümayəndə Heyəti Gəncəyə Səfər Edib
- 28-04-202611:20 Gəncədə Yeni İstifadəyə Verilən Hotelə Baxış Keçirilib
- 28-04-202608:55 Bu Gün Görkəmli Oftalmoloq- Alim, Akademik Zərifə Xanım Əliyevanın Doğum Günüdür
- 27-04-202616:00 Gəncə Şəhər Ərazisində Yerləşən Kəsim Məntəqələrində İlkin Monitorinq Keçirilib

