Gəncədə 'elm Və Texnologiyaların Müasir Trendləri' Adlı Konfrans Keçirilib
Azərbaycan Texnologiya Universitetində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Elm və texnologiyaların müasir trendləri" adlı Respublika Elmi-Praktik Konfransı keçirilib. Tədbirdən əvvəl universitet ərazisində Ümummilli lider Heydər Əliyevin büstü və Şəhidlər abidəsi ziyarət edilib.
Plenar iclas Dövlət Himninin səsləndirilməsi və Ulu Öndərin, eləcə də şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.
Azərbaycan Texnologiya Universitetinin rektoru dosent Yaşar Ömərov çıxışında Zəfər və Böyük Qayıdış dövründə texnologiyaların roluna diqqət çəkib, Prezident İlham Əliyevin süni intellektin inkişafı ilə bağlı fikirlərini xatırladaraq bu istiqamətdə universitetdə görülən işlərdən danışıb.
Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nicat Əsədli, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin rəhbəri Şahmar Hacıyahyayev, “Chinar Hotel Spa Naftalan” Hotelin direktoru Murat Gözütok və Gəncə Maşınqayırma Zavodunun baş mühəndisi İldırım Quliyev çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.
Plenar iclasda universitet əməkdaşları və doktorantların süni intellekt, rəqəmsal iqtisadiyyat, blokçeyn və sənaye texnologiyalarına dair məruzələri dinlənilib.
İki gün davam edən konfrans 10 bölmə üzrə – süni intellekt, informasiya texnologiyaları, maşınqayırma, qida mühəndisliyi, turizm və digər sahələri əhatə edən hibrid formatda keçirilib.
Qeyd edək ki, tədbirə 2 dövlət qurumu, 23 universitet və 8 elmi müəssisədən 450-yə yaxın tezis təqdim olunub.










Ganja Şura Haberleri
- 30-04-202611:46 Gəncədə 'abad Məhəllə' Layihəsi Həyata Keçirilir
- 29-04-202618:49 Wuf13 Azerbaijan Səhifəsində Nizami Gəncəvi Məqbərəsi İlə Bağlı Paylaşım Edilib
- 29-04-202613:59 Şagirdlərlə 'rəqəmsal Dünyada Təhlükəsizlik' Mövzusu Müzakirə Olunub
- 29-04-202609:09 Gəncədə Qadın Sahibkarların I Qurultayı Keçirilib
- 28-04-202617:23 Gəncədə Akademik Zərifə Xanım Əliyevanın 103 İlliyinə Həsr Olunmuş Dəyirmi Masa Keçirilib
- 28-04-202616:11 Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin Növbəti Toplantısı Keçirilib
- 28-04-202613:45 Özbəkistan Nümayəndə Heyəti Gəncəyə Səfər Edib
- 28-04-202611:20 Gəncədə Yeni İstifadəyə Verilən Hotelə Baxış Keçirilib
- 28-04-202608:55 Bu Gün Görkəmli Oftalmoloq- Alim, Akademik Zərifə Xanım Əliyevanın Doğum Günüdür
- 27-04-202616:00 Gəncə Şəhər Ərazisində Yerləşən Kəsim Məntəqələrində İlkin Monitorinq Keçirilib

