Azərbaycan Texnologiya Universitetində Ulu Öndər Heydər Əliyevin Xatirəsi Yad Olunub
Tədbirdən əvvəl universitet ərazisində Ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, ATU-nun rektoru Yaşar Ömərov, ATU İnsan Resursları Şöbəsinin müdiri İlham Əlizadə və ATU Tələbə Gənclər Təşkilatının sədri Həsən Hüseynov çıxış edərək Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyası, milli həmrəyliyin möhkəmləndirilməsi və gənclərin inkişafı sahəsində gördüyü işlərdən bəhs ediblər. Anım tədbiri Ulu Öndər Heydər Əliyevin ölkəmizin siyasi, iqtisadi və mədəni inkişafındakı tarixi xidmətlərinin yad edilməsi ilə davam edib.
Tədbirin sonunda tələbə Xədicə Qurbanlı Ulu Öndərə həsr olunmuş “Ulu bir sərkərdə, ulu bir öndər” şeirini səsləndirib.

Ganja Şura Haberleri
- 01-05-202613:13 Niyazi Bayramov Beynəlxalq Yarışlarda Fərqlənən İdmançılarla Görüşüb
- 30-04-202611:46 Gəncədə 'abad Məhəllə' Layihəsi Həyata Keçirilir
- 29-04-202618:49 Wuf13 Azerbaijan Səhifəsində Nizami Gəncəvi Məqbərəsi İlə Bağlı Paylaşım Edilib
- 29-04-202613:59 Şagirdlərlə 'rəqəmsal Dünyada Təhlükəsizlik' Mövzusu Müzakirə Olunub
- 29-04-202609:09 Gəncədə Qadın Sahibkarların I Qurultayı Keçirilib
- 28-04-202617:23 Gəncədə Akademik Zərifə Xanım Əliyevanın 103 İlliyinə Həsr Olunmuş Dəyirmi Masa Keçirilib
- 28-04-202616:11 Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin Növbəti Toplantısı Keçirilib
- 28-04-202613:45 Özbəkistan Nümayəndə Heyəti Gəncəyə Səfər Edib
- 28-04-202611:20 Gəncədə Yeni İstifadəyə Verilən Hotelə Baxış Keçirilib
- 28-04-202608:55 Bu Gün Görkəmli Oftalmoloq- Alim, Akademik Zərifə Xanım Əliyevanın Doğum Günüdür

