Gəncədə Fövqəladə Hallar Nazirliyinin Yaradılmasının 20 İlliyinə Həsr Olunmuş Tədbir Keçirilib
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, Gəncə Şəhər Məhkəməsinin sədri, Mərkəzin rəisi, polkovnik, ADAU-nun rektoru, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də FHN əməkdaşları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Mərkəzin həyətində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Polkovnik çıxış edərək 2005-ci ildə cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən Fövqəladə Hallar Nazirliyinin yaradılmasından, qurumun strukturu və fəaliyyət istiqamətlərindən danışıb. O, Nazirliyin 20 illik fəaliyyəti dövründə ölkədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, həmçinin Gəncə Regional Mərkəzinin əhatə etdiyi ərazilərdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Çıxışında təbii və texnogen mənşəli fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin uğurlu fəaliyyətini qeyd edilib. Bildirilib ki, bu illər ərzində Nazirlik həm ölkədə, həm də müxtəlif ölkələrdə baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında iştirak edib.
Çıxış edən natiqlər də Nazirliyin müxtəlif dövrlərdə həyata keçirdiyi uğurlu fəaliyyətlərdən bəhs ediblər.
Sonda Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti haqqında film nümayiş olunub.

Ganja Şura Haberleri
- 01-05-202613:13 Niyazi Bayramov Beynəlxalq Yarışlarda Fərqlənən İdmançılarla Görüşüb
- 30-04-202611:46 Gəncədə 'abad Məhəllə' Layihəsi Həyata Keçirilir
- 29-04-202618:49 Wuf13 Azerbaijan Səhifəsində Nizami Gəncəvi Məqbərəsi İlə Bağlı Paylaşım Edilib
- 29-04-202613:59 Şagirdlərlə 'rəqəmsal Dünyada Təhlükəsizlik' Mövzusu Müzakirə Olunub
- 29-04-202609:09 Gəncədə Qadın Sahibkarların I Qurultayı Keçirilib
- 28-04-202617:23 Gəncədə Akademik Zərifə Xanım Əliyevanın 103 İlliyinə Həsr Olunmuş Dəyirmi Masa Keçirilib
- 28-04-202616:11 Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin Növbəti Toplantısı Keçirilib
- 28-04-202613:45 Özbəkistan Nümayəndə Heyəti Gəncəyə Səfər Edib
- 28-04-202611:20 Gəncədə Yeni İstifadəyə Verilən Hotelə Baxış Keçirilib
- 28-04-202608:55 Bu Gün Görkəmli Oftalmoloq- Alim, Akademik Zərifə Xanım Əliyevanın Doğum Günüdür

