Gəncə Dövlət Aqrar Kollecində İlk Məzun Buraxılışı Keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nəzdində fəaliyyət göstərən Gəncə Dövlət Aqrar Kollecində (GDAK) ilk məzun buraxılışı keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, ADAU-nun rektoru Zəfər Qurbanov, Gəncə Dövlət Aqrar Kollecinin direktoru Fəqan Ağayev, Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev, eləcə də idarə, müəssisə və təşkilatların rəhbərləri, müəllimlər, tələbələr və məzunlar iştirak ediblər.
Əvvəlcə rəsmilər Gəncə Dövlət Aqrar Kollecinə baxış keçirərək burada yaradılan şəraitlə tanış olublar.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Niyazi Bayramov çıxışında Gəncə Dövlət Aqrar Kollecinin fəaliyyətinin regionda aqrar və peşə təhsilinin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Şəhər rəhbəri məzunların əldə etdikləri bilik və bacarıqları ölkənin kənd təsərrüfatı sektorunun inkişafına yönəldəcəklərinə əminliyini ifadə edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Zəfər Qurbanov məzunları əlamətdar gün münasibətilə təbrik edib və bildirib ki, Gəncə Dövlət Aqrar Kollecinin ilk məzun buraxılışı təhsil müəssisəsinin tarixində mühüm mərhələdir. Rektorun sözlərinə görə, hazırda kollecdə 500-ə yaxın tələbə təhsil alır və bu il ilk dəfə olaraq 134 nəfər tələbə məzun adını qazanır. O qeyd edib ki, aqrar sahənin davamlı inkişafı üçün peşəkar və ixtisaslı kadrlara ehtiyac ildən-ilə artır. Bu baxımdan kollecin əsas məqsədi əmək bazarının tələblərinə cavab verən, müasir bilik və bacarıqlara malik mütəxəssislər hazırlamaqdır.
Recep Öztop çıxışında Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. O, aqrar təhsilin strateji əhəmiyyət daşıdığını vurğulayaraq, məzunların peşəkar kadr kimi formalaşmasında müəllimlərin və ailələrin rolunu yüksək qiymətləndirib. Baş konsul məzunlara gələcək həyatlarında uğurlar arzulayıb, onların ölkələrinin inkişafına layiqli töhfələr verəcəklərinə inandığını qeyd edib.
Tədbir bədii proqram və məzunlara diplomların təqdim olunması mərasimi ilə davam edib.
Ganja Şura Haberleri
- 11-06-202619:10 Gəncə Dövlət Universitetində 'məzun Günü' Keçirilib
- 10-06-202617:45 Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov Şəhər Sakinləri İlə Növbəti Səyyar Görüş Keçirib
- 10-06-202616:32 Gəncə Dövlət Aqrar Kollecində İlk Məzun Buraxılışı Keçirilib
- 09-06-202616:21 Gəncədə Qanunsuz Tikintiyə Qarşı Nəzarət Tədbirləri Davam Etdirilir
- 08-06-202614:55 Gəncədə Azərbaycan–ai Əməkdaşlığının 30 İlliyinə Həsr Olunmuş Konsert Proqramı Keçirilib
- 08-06-202612:28 Gəncədə Süni Göl Əsaslı Təmirdən Sonra İstifadəyə Verilib
- 06-06-202618:02 Gəncədə 'avropa Şəhərciyi – 2026' Tədbirinin Açılış Mərasimi Keçirilib
- 06-06-202618:02 Gəncədə Azərbaycan - Ai Əməkdaşlığının 30 İlliyinə Həsr Olunmuş Ağacəkmə Aksiyası Keçirilib
- 06-06-202616:50 Niyazi Bayramov Avropa İttifaqının Azərbaycandakı Səfiri Və Üzv Dövlətlərin Diplomatları İlə Rəsmi Görüş Keçirib
- 05-06-202612:57 Gəncədə Küçə Ticarətinə Qarşı Monitorinqlər Davam Edir

