Gəncə Dövlət Universitetində 'gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq' Kampaniyası Çərçivəsində Dəyirmi Masa Təşkil Edilib
Tədbir Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Toplantıda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini, “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun sədri Adil Tağıyev, Sosial Xidmətlər Agentliyinin Gəncə–Daşkəsən Regional Filialının müdiri Hikmət Əmiraslanov, GDU-nun prorektoru Gülsüm Fətəliyeva, "Gəncə Şəhər Birləşmiş Xəstəxanası" PHŞ-nin direktor müavini Əmiralı Yusifov, “Təmas” İctimai Birliyinin həmsədrləri Südabə Məmmədova və Kubra Ələkbərova, Gəncə Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Profilaktik İşin Təşkili qrupunun inspektoru Yusif Yusifov, Kəpəz Bələdiyyəsinin Gender Komissiyasının sədri Günay Filmanova, Gəncə Şəhər İcra Hakimiyyəti Aparatının əməkdaşları, eləcə də universitetin müəllim və tələbə heyəti iştirak ediblər.
Adil Tağıyev iştirakçıları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayaraq bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qərarına əsasən 25 noyabr bütün dünyada “Qadınlara qarşı zorakılığa qarşı beynəlxalq mübarizə günü” kimi qeyd olunur. Ölkəmizdə “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyasının həyata keçirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “25 noyabr – Qadınlara qarşı zorakılıqla beynəlxalq mübarizə gününə dair 16 günlük kampaniya çərçivəsində keçiriləcək tədbirlər üzrə İş Planı” hazırlanıb. Həmin iş planına uyğun olaraq Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən müxtəlif tədbirlərin icrasına başlanılıb və bu fəaliyyətlər 16 gün davam edəcək.
Dəyirmi masada “Məişət zorakılığı qurbanlarına göstərilən xidmətlər. QHT və dövlət qurumları arasında əməkdaşlıq”, “Hüquq-mühafizə orqanlarında məişət zorakılığına qarşı mübarizə tədbirləri”, “Gender komissiyalarının fəaliyyəti: problemlər və təkliflər” mövzularında çıxışlar dinlənilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.









Ganja Şura Haberleri
- 01-05-202613:13 Niyazi Bayramov Beynəlxalq Yarışlarda Fərqlənən İdmançılarla Görüşüb
- 30-04-202611:46 Gəncədə 'abad Məhəllə' Layihəsi Həyata Keçirilir
- 29-04-202618:49 Wuf13 Azerbaijan Səhifəsində Nizami Gəncəvi Məqbərəsi İlə Bağlı Paylaşım Edilib
- 29-04-202613:59 Şagirdlərlə 'rəqəmsal Dünyada Təhlükəsizlik' Mövzusu Müzakirə Olunub
- 29-04-202609:09 Gəncədə Qadın Sahibkarların I Qurultayı Keçirilib
- 28-04-202617:23 Gəncədə Akademik Zərifə Xanım Əliyevanın 103 İlliyinə Həsr Olunmuş Dəyirmi Masa Keçirilib
- 28-04-202616:11 Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin Növbəti Toplantısı Keçirilib
- 28-04-202613:45 Özbəkistan Nümayəndə Heyəti Gəncəyə Səfər Edib
- 28-04-202611:20 Gəncədə Yeni İstifadəyə Verilən Hotelə Baxış Keçirilib
- 28-04-202608:55 Bu Gün Görkəmli Oftalmoloq- Alim, Akademik Zərifə Xanım Əliyevanın Doğum Günüdür

