Test

Gəncə şəhər icra hakimiyetinin başçısı M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbdə növbəti vətəndaş qəbulu keçirib. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri, Gəncə şəhər icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Sakinlərin müraciətlərini dinləyən başçı işlə təminat, maddi yardımın göstərilməsi və digər sosial məsələlərlə bağlı qaldırılan problemlərə münasibət bildirib.

Şəhər rəhbəri səsləndirilən müraciətlərin operativ həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər yerindəcə həllini tapıb, digərləri isə araşdırılaraq qanunvericiliyə uyğun şəkildə icra olunmaq üçün qeydiyyata götürülüb.

Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Önceki Haber Gəncə Dövlət Universitetində 'gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq' Kampaniyası Çərçivəsində Dəyirmi Masa Təşkil Edilib
Sonraki Haber Gəncə Dövlət Universitetində İcbari Tibbi Sığorta İlə Bağlı Maarifləndirmə Tədbiri Keçirilib

Yorum Yap