Gəncə Dövlət Universitetində 'məzun Günü' Keçirilib

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Vətən müharibəsi iştirakçıları, şəhid valideynləri, ali təhsil müəssisəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi yad edilib.
Yusif Yusibov məzunları təbrik edərək onlara gələcək həyatlarında və karyeralarında uğurlar arzulayıb, GDU məzunlarının bacarıqlı mütəxəssis olacağına inandığını bildirib. Gənclərə vətəninə, millətinə layiqli vətəndaş olmağı və bu ali təhsil ocağının adını daim uca tutmağı tövsiyə edib.
Niyazi Bayramov çıxışında 86 illik tarixə malik Gəncə Dövlət Universitetinin məzunları arasında Azərbaycanın ictimai-siyasi həyatına layiqli töhfələr verən şəxslərin olduğunu bildirib. Şəhər rəhbəri Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib və məzunları təbrik edərək, onlara uğurlar arzulayıb.
Çıxış edən natiqlər gənclərə doğma Azərbaycanımızın daha da inkişaf etməsi və güclənməsi üçün əzmlə, ləyaqətlə, fədakarlıqla çalışmağı tövsiyə edib və xoş arzularını çatdırıblar.
Tədbirdə təhsildə göstərdikləri yüksək nəticələrə və ictimai işlərdə fəal iştiraka görə bir qrup məzuna Fəxri fərman, həmçinin məzun valideynlərinə təşəkkür məktubu təqdim olunub.
“Məzun Günü” konsert proqramı ilə davam edib və tədbir möhtəşəm atəşfəşanlıqla başa çatıb.
Ganja Şura Haberleri
- 11-06-202619:10 Gəncə Dövlət Universitetində 'məzun Günü' Keçirilib
- 10-06-202617:45 Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov Şəhər Sakinləri İlə Növbəti Səyyar Görüş Keçirib
- 10-06-202616:32 Gəncə Dövlət Aqrar Kollecində İlk Məzun Buraxılışı Keçirilib
- 09-06-202616:21 Gəncədə Qanunsuz Tikintiyə Qarşı Nəzarət Tədbirləri Davam Etdirilir
- 08-06-202614:55 Gəncədə Azərbaycan–ai Əməkdaşlığının 30 İlliyinə Həsr Olunmuş Konsert Proqramı Keçirilib
- 08-06-202612:28 Gəncədə Süni Göl Əsaslı Təmirdən Sonra İstifadəyə Verilib
- 06-06-202618:02 Gəncədə 'avropa Şəhərciyi – 2026' Tədbirinin Açılış Mərasimi Keçirilib
- 06-06-202618:02 Gəncədə Azərbaycan - Ai Əməkdaşlığının 30 İlliyinə Həsr Olunmuş Ağacəkmə Aksiyası Keçirilib
- 06-06-202616:50 Niyazi Bayramov Avropa İttifaqının Azərbaycandakı Səfiri Və Üzv Dövlətlərin Diplomatları İlə Rəsmi Görüş Keçirib
- 05-06-202612:57 Gəncədə Küçə Ticarətinə Qarşı Monitorinqlər Davam Edir

