Test

“AzərBlast” MMC-də keçirilən növbəti görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev, Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Məşğulluq filialının, Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən Regional filialının, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən Regional şöbəsinin, DİİXİHİ Gəncə Şəhər Komitəsinin, Gəncə şəhər ərazisində yerləşən bələdiyyələrin və “AzərBlast” MMC-nin əməkdaşları iştirak ediblər.

Toplantıda qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində qanunvericilikdə nəzərdə tutulan imkanlar və sanksiyalar ətrafında müzakirələr aparılıb. İclasda işsizliyin azaldılması məqsədilə işaxtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə, qısa müddətdə əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasında peşə hazırlığının əhəmiyyətindən danışılıb.

Qeyd edək ki, bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirləri mütəmadi olaraq davam etdiriləcək.

Gəncə şəhəri üzrə Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi növbəti dəfə toplanıb

Önceki Haber Gəncədə 'müstəqil Dövlətlər Birliyinin İştirakçısı Olan Dövlətlərin Bədən Tərbiyəsi Və İdman Sahəsində Əməkdaşlığı Haqqında Saziş' İştirakçılarının Bədən Tərbiyəsi Və İdman Şurasının İclası Keçirilib
Sonraki Haber Gəncə İdman Sarayında Iıı Mdb Oyunları Çərçivəsində Üzgüçülük Yarışları Üzrə Növbəti Qaliblər Müəyyən Olunub

Yorum Yap