Test

Bakı şəhərində Milli Məclisin Regional məsələlər komitəsinin təşkilatçılığı ilə “Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi” mövzusunda konfrans keçirilib.

Konfransda komitə sədri Siyavuş Aslanov, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, eləcə də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov və digər rəsmilər çıxış ediblər.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda yerli idarəetmə sisteminin əsasını qoymasından, regionlarda müasir infrastrukturun formalaşdırılmasından və bu potensialın iqtisadi dəyərə çevrilməsindən bəhs olunub. Həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən reinteqrasiya prosesi, bələdiyyələrin fəaliyyəti və bölgələrdə icra olunan infrastruktur layihələrinin regional inkişaf baxımından əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, tədbirdə Gəncə şəhər Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov və Kəpəz Bələdiyyəsinin sədri Yaşar Abdullayev də iştirak ediblər.

Önceki Haber Gəncədə Türkiyənin Milli Suverenlik Və Uşaq Bayramına Həsr Olunmuş Tədbir Keçirilib
Sonraki Haber Gəncə Şəhər İcra Hakimiyyətində Baş Prokurorluq Tərəfindən Araşdırma Aparılması İlə Bağlı Yayılan Məlumatlar Əsassızdır

Yorum Yap