Test

Gəncə şəhər icra hakimiyyətinin dəstəyi, Türkiyənin Gəncədəki Baş Konsulluğunun və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı qeyd olunub.

Tədbirdə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gəncə şəhər icra hakimiyyətinin başçısının aparatının şəhər təsərrüfatı və mədəni irsin qorunması şöbəsinin mədəni irsin qorunması sektorunun müdiri Yadigar Bədəlov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, xalq artisti Aygün Səmədzadə, mədəniyyət işçiləri və uşaqlar iştirak ediblər.

Əvvəlcə Filarmoniyanın foyesində Gəncə şəhər Uşaq Rəssamlıq və İncəsənət məktəbinin şagirdlərinin sərgisinə baxış keçirilib.

Tədbir Azərbaycan və Türkiyə respublikalarının dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Çıxış edən rəsmilər 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramının əhəmiyyətini vurğulayıblar.

Çıxışlardan sonra konsert proqramı təqdim edilib. Proqramda “Xəmsə” nağara ifaçıları ansamblı, 5 nömrəli Uşaq Musiqi Məktəbinin aşıqlar ansamblı, 3 nömrəli Uşaq Musiqi Məktəbinin “Gəncəm” vokal triosu və 4 nömrəli Uşaq Musiqi Məktəbinin xor qrupu müxtəlif musiqi nömrələri ilə çıxış ediblər.

Xatırladaq ki, 1920-ci il 23 aprel tarixində Türkiyə Böyük Millət Məclisi yaradılıb və bu tarix türk xalqının suverenliyinin elan edildiyi gün kimi qəbul olunur. Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürk 1924-cü ildə 23 aprel tarixinin bayram kimi qeyd edilməsi barədə qərar imzalayıb. 1929-cu ildən etibarən isə bu gün Türkiyədə 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd olunur.

Önceki Haber Gəncədə 'ı Yaşıl İqtisadiyyat' Beynəlxalq Forumu Keçirilib
Sonraki Haber Gəncənin Bələdiyyə Sədrləri Konfransda İştirak Ediblər

Yorum Yap