Niyazi Bayramovun Rəhbərlik Etdiyi Nümayəndə Heyəti Çindaoda Azərbaycan Ticarət Evinin Rəhbərliyi İlə Görüşüb
Məlum olduğu kimi, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndə heyəti Çinin Çindao şəhərində səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti Çindaoda fəaliyyət göstərən Azərbaycan Ticarət Evinin rəhbəri Vu Çianyu ilə görüşüb.
Vu Çianyu bildirib ki, bu mərkəz Azərbaycanın Çindəki səfirliyinin nəzdində fəaliyyət göstərən ticarət nümayəndəliyinin dəstəyi ilə, Çindaoda yerləşən “Çin–Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iqtisadi və ticarət əməkdaşlığı nümayiş zonası”nda yaradılıb. Burada Azərbaycana məxsus 45 növ məhsul nümayiş etdirilir, həmçinin satışı həyata keçirilir. O, Gəncə şəhərinə aid məhsulların da Ticarət Evində təmsil olunmasının əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinə önəm verildiyini qeyd edib.
Görüş zamanı Gəncənin iqtisadi potensialından bəhs edərək, Azərbaycanın ikinci ən böyük sənaye şəhəri olan Gəncədə yerli istehsalın ixracının genişləndirilməsi istiqamətində mühüm işlər görülür. Şəhərdə fəaliyyət göstərən müəssisələrin məhsullarını təqdim edərək, onların beynəlxalq bazarlarda, o cümlədən Çin bazarında tanıdılmasının və təşviqinin əhəmiyyətini vurğulayıb.
Görüş ikitərəfli əməkdaşlıq imkanlarının müzakirəsi ilə davam edib.
Qeyd edək ki, nümayəndə heyətinə Milli Məclisin deputatı, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev, eləcə də Azərbaycanın Çindəki səfirliyinin əməkdaşları daxildir.
Ganja Şura Haberleri
- 21-04-202617:16 Niyazi Bayramovun Rəhbərlik Etdiyi Nümayəndə Heyəti Çindaoda Azərbaycan Ticarət Evinin Rəhbərliyi İlə Görüşüb
- 21-04-202616:04 Niyazi Bayramov Çindaoda Bərk Məişət Tullantılarının Emalı Müəssisəsi İlə Tanış Olub
- 21-04-202616:04 Gəncənin Nümayəndə Heyəti Tərəfindən Çindao Şəhərinin Beynəlxalq Dostluq Xiyabanında Ağac Əkilib
- 21-04-202610:01 Gəncədə 'azərbaycan Cəmiyyətində Gənclərin Milli-mənəvi Ruhda Tərbiyəsi Və Ailə Dəyərlərinin Qorunması' Mövzusunda Konfrans Keçirilib
- 20-04-202618:19 Gəncə İlə Çindao Şəhərləri Arasında Əməkdaşlıq Əlaqələri Genişlənir
- 17-04-202617:45 Gəncədə 18 Aprel – Beynəlxalq Abidələr Və Tarixi Yerlər Gününə Həsr Olunmuş Tədbir Keçirilib
- 17-04-202617:45 Gəncədə 'ııı Qida Sənayesi Və Qida Təhlükəsizliyi Forumu' Keçirilib
- 17-04-202615:20 Gəncədə 'yanğınlara Qarşı Qabaqlayıcı Tədbirlərin Səmərəliliyinin Artırılması' Mövzusunda Regional Müşavirə Keçirilib
- 17-04-202614:07 Niyazi Bayramov 'azərbaycandan Səs' Sosial Platformasının Təsisçisi İlə Görüşüb
- 16-04-202615:01 Niyazi Bayramov Nizami Parkına Baxış Keçirib, Sakinlərlə Səmimi Söhbət Edib

