Test

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, asudə vaxtında Cavadxan küçəsində gəzinti zamanı, şəhərin turizm potensialını, eləcə də tarixi abidələrini “Azərbaycandan Səs” sosial platformasında tanıdan gənc blogger Ramil Məmmədov ilə görüşüb.

Şəhərin tarixi abidələrinin və maddi-mədəni irsin qorunması istiqamətində aparılan işlərdə, həmçinin turizm potensialının artırılmasında sosyal şəbəkələrin rolunun danılmaz olduğunu vurgulayıb. Bu sahədə görülən işlərin yeni nəslin maariflənməsində mühüm əhəmiyyət daşıdığı bildirildi. Şəhərin tanıdılmasında Ramil Məmmədov kimi gənc bloggerlərin fəaliyyətinin təqdirəlayiq olduğu vurgulandı ve ona gələcək işlərində uğurlar arzulandı.

Ramil Məmmədov isə öz növbəsində göstərilən diqqət və qayğıya görə şəhər rəhbərinə təşəkkürünü bildirib, Gəncənin gözəlliklərinin işıqlandırılmasında bundan sonra da fəal iştirak edəcəyini qeyd edib.

Görüş istirahət məkanlarından birində davam edib.

Önceki Haber Niyazi Bayramov Nizami Parkına Baxış Keçirib, Sakinlərlə Səmimi Söhbət Edib
Sonraki Haber Gəncədə 'yanğınlara Qarşı Qabaqlayıcı Tədbirlərin Səmərəliliyinin Artırılması' Mövzusunda Regional Müşavirə Keçirilib

Yorum Yap