Gəncədə 'yanğınlara Qarşı Qabaqlayıcı Tədbirlərin Səmərəliliyinin Artırılması' Mövzusunda Regional Müşavirə Keçirilib
Regional müşavirədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nəticələrin aradan qaldırılması işinin təşkili baş idarəsinin rəisi Kənan Aşurov, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də Gəncə şəhəri və ətraf rayonların yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, həmçinin bələdiyyə sədrləri iştirak ediblər.
Əvvəlcə rəsmilər şəhərin Baş meydanında yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Müşavirənin əsas məqsədi ölkədə, xüsusilə regionlarda baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması, qabaqlayıcı tədbirlərin gücləndirilməsi, aidiyyəti qurumlar arasında koordinasiyanın artırılması, mövcud problemlərin müzakirəsi və effektiv həll yollarının müəyyənləşdirilməsi olub.
Tədbirdə Qərb bölgəsindəki meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin mövcud vəziyyəti barədə geniş məlumat verilib. Xüsusilə qarşıdan gələn yay mövsümündə mümkün yanğınların qarşısının alınması istiqamətində görülmüş tədbirlər diqqətə çatdırılıb. Eyni zamanda, aparılan monitorinqlər zamanı aşkarlanmış çatışmazlıqlar və onların aradan qaldırılması yolları müzakirə olunub.
Bildirilib ki, milli sərvət olan meşələrin qorunması üçün hər kəsin yanğın təhlükəsizliyi qaydalarına riayət etməsi, o cümlədən məsul şəxslərin üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi vacibdir.
Sonda müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ganja Şura Haberleri
- 17-04-202615:20 Gəncədə 'yanğınlara Qarşı Qabaqlayıcı Tədbirlərin Səmərəliliyinin Artırılması' Mövzusunda Regional Müşavirə Keçirilib
- 17-04-202614:07 Niyazi Bayramov 'azərbaycandan Səs' Sosial Platformasının Təsisçisi İlə Görüşüb
- 16-04-202615:01 Niyazi Bayramov Nizami Parkına Baxış Keçirib, Sakinlərlə Səmimi Söhbət Edib
- 16-04-202611:24 Niyazi Bayramov 'xəmsə' Uşaq Rəqs Ansamblı İlə Görüşüb
- 15-04-202619:28 Niyazi Bayramov Gəncədə Sakinlərlə Növbəti Səyyar Görüş Keçirib
- 15-04-202617:03 Kənd Təsərrüfatı Nazirliyi Yanında İctimai Şuranın Üzvləri Adau-da Olublar
- 15-04-202613:25 Gəncədə Güclü Küləyin Vurduğu Ziyanın Aradan Qaldırılması İstiqamətində Aparılan Təmir-bərpa İşləri Davam Edir
- 15-04-202609:48 Atu-da Yeni Təsis Edilən Məzunlar Assosiasiyasının İlk İclası Keçirilib
- 14-04-202618:05 Niyazi Bayramov 'bakı-xankəndi' Azərbaycan Velosiped Yarışının Təşkilinə Həsr Olunmuş Onlayn İclasda İştirak Edib
- 14-04-202615:39 Niyazi Bayramov Gəncə Şəhər Psixiatriya Xəstəxanasının Yeni Baş Həkimi İlə Görüşüb

