Test

Gəncə şəhərində zərər görmüş çoxmənzilli binaların dam örtükləri yenilənir. Hazırda əsaslı təmir işləri Nizami Gəncəvi prospektində yerləşən 10 saylı yaşayış binasında aparılır.

Sözügedən binanın yararsız vəziyyətə düşmüş dam örtüyü tam sökülərək yenidən qurulur. Təmir-bərpa işlərinə aprelin 14-dən başlanılıb və təxminən iki həftə ərzində başa çatdırılması planlaşdırılır. Layihə çərçivəsində dam örtüyünün 1354 kvadratmetrlik sahəsi tam yenilənəcək. Nəticədə həmin binada yerləşən 45 mənzildə yaşayan 126 sakinin qəzalı dam örtüyü ilə bağlı problemi birdəfəlik həllini tapacaq.

Görülən işlər zamanı ərazinin təmizlənməsi, həmçinin işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün əraziyə Gəncə şəhər MKTİB-in texnika və işçi qüvvəsi də cəlb olunub.

Qeyd edək ki, fevralın 27-də Gəncə şəhərində müşahidə olunan güclü külək nəticəsində bir sıra çoxmənzilli yaşayış binalarının dam örtüklərinə ciddi ziyan dəymişdi.

Önceki Haber Atu-da Yeni Təsis Edilən Məzunlar Assosiasiyasının İlk İclası Keçirilib
Sonraki Haber Kənd Təsərrüfatı Nazirliyi Yanında İctimai Şuranın Üzvləri Adau-da Olublar

Yorum Yap