Niyazi Bayramov 'bakı-xankəndi' Azərbaycan Velosiped Yarışının Təşkilinə Həsr Olunmuş Onlayn İclasda İştirak Edib
“Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışının təşkilinə həsr olunmuş onlayn formatda iclas keçirilib. İclasda aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər vəzifəli şəxsləri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri, yarışın marşrutlarının keçəcəyi şəhər və rayonların icra hakimiyyətlərinin başçıları və onların müavinləri, müvafiq yaşayış məntəqələrinin icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
İclası giriş sözü ilə açan Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov əvvəlki illərdə ölkədə təşkil olunan velosiped yarışlarını xatırladaraq, 10-14 may tarixlərində təşkil olunacaq “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2026-cı ilin idman təqvimində yer almasının mühüm bir hadisə olduğunu, aidiyyəti qurumların dəstəyi ilə bu yarışın da yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.
Yarışın Təşkilat Komitəsinin sədri, iqtisadiyyat nazirinin müavini, Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov geniş təqdimatla çıxış edərək bildirib ki, yarışa hazırlıq təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun olaraq gedir. 5 mərhələdən ibarət olan yarışa dünyanın 21 ölkəsindən 25 yüksək səviyyəli komandanın qatılacağı gözlənilir. Bakıda Sea Breeze-dən start götürəcək yarış iştirakçıları 5 gün ərzində ölkənin 21 şəhər və rayonunun ərazisindən keçərək 850 km məsafə qət edəcəklər və yekunda Xankəndi şəhərinin mərkəzi meydanında, Zəfər abidəsinin qarşısında finiş xəttini keçəcəklər.
Yarışın bütün mərhələlərinin “Eurosport” və “CBC Sport” telekanalları vasitəsilə canlı yayımlanacağını vurğulayan Sahib Ələkbərov qeyd edib ki, bu, istedadlı gənc velosipedçilərin aşkarlanması və tanıtdırılması ilə bərabər, paytaxtın və bölgələrin heyrətamiz gözəllikləri, habelə işğaldan azad olunmuş ərazilərdə aparılan geniş quruculuq işləri barədə məlumatların bütün dünyaya çatdırılmasına imkan verəcək.
İclasda iştirak edən rəsmilər yarışın təşkili ilə bağlı fikirlərini bölüşərək onları maraqlandıran sualları səsləndirib, ətraflı fikir mübadiləsi aparılıb və iştirakçıların bütün sualları cavablandırılıb.
Qeyd edək ki, “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının 4-cü mərhələsi “Gəncə – Suqovuşan – Naftalan” marşrutu üzrə keçiriləcəkdir.
Ganja Şura Haberleri
- 17-04-202615:20 Gəncədə 'yanğınlara Qarşı Qabaqlayıcı Tədbirlərin Səmərəliliyinin Artırılması' Mövzusunda Regional Müşavirə Keçirilib
- 17-04-202614:07 Niyazi Bayramov 'azərbaycandan Səs' Sosial Platformasının Təsisçisi İlə Görüşüb
- 16-04-202615:01 Niyazi Bayramov Nizami Parkına Baxış Keçirib, Sakinlərlə Səmimi Söhbət Edib
- 16-04-202611:24 Niyazi Bayramov 'xəmsə' Uşaq Rəqs Ansamblı İlə Görüşüb
- 15-04-202619:28 Niyazi Bayramov Gəncədə Sakinlərlə Növbəti Səyyar Görüş Keçirib
- 15-04-202617:03 Kənd Təsərrüfatı Nazirliyi Yanında İctimai Şuranın Üzvləri Adau-da Olublar
- 15-04-202613:25 Gəncədə Güclü Küləyin Vurduğu Ziyanın Aradan Qaldırılması İstiqamətində Aparılan Təmir-bərpa İşləri Davam Edir
- 15-04-202609:48 Atu-da Yeni Təsis Edilən Məzunlar Assosiasiyasının İlk İclası Keçirilib
- 14-04-202618:05 Niyazi Bayramov 'bakı-xankəndi' Azərbaycan Velosiped Yarışının Təşkilinə Həsr Olunmuş Onlayn İclasda İştirak Edib
- 14-04-202615:39 Niyazi Bayramov Gəncə Şəhər Psixiatriya Xəstəxanasının Yeni Baş Həkimi İlə Görüşüb

