Test

Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə "18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü"-nə həsr olunmuş tədbir keçirilib. Tədbir Qoruğun nəzdində fəaliyyət göstərən “Gəncə Qala Qapıları” Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksində baş tutub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı və mədəni irsin qorunması şöbəsinin Mədəni irsin qorunması sektorunun müdiri Yadigar Bədəlov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi Xəlil İbrahimov, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Vüsal Alıyev, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin nümayəndəsi, AMEA Gəncə Bölməsinin əməkdaşları, eləcə də şəhərdə fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri və ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.

Proqram çərçivəsində tarixi abidələrin təbliği məqsədilə təşkil olunmuş rəsm sərgisində gənc rəssamların mədəni-tarixi irsimizə həsr olunmuş əsərləri nümayiş etdirilib.

Tədbirin rəsmi hissəsində çıxış edən natiqlər tarixi abidələrin qorunmasının və təbliğinin əhəmiyyətini vurğulayaraq “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”-nün mahiyyəti barədə ətraflı məlumat veriblər. Həmçinin cari ilin Prezident İlham Əliyev tərəfindən “Şəhərsalma və Memarlıq ili” elan olunmasının mədəni irsin qorunması baxımından əhəmiyyəti xüsusi qeyd edilib.

Çıxışlardan sonra sərgi iştirakçıları və tədbirin təşkilinə dəstək göstərən şəxslər təşəkkürnamələrlə təltif olunub, gənclərə hədiyyələr təqdim edilib.

Tədbirin bədii hissəsində “Günəş” rəqs qrupunun və Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin kollektivinin təqdim etdiyi rəqs və musiqi nömrələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Sonda xatirə şəkilləri çəkdirilib.

Önceki Haber Gəncədə 'yanğınlara Qarşı Qabaqlayıcı Tədbirlərin Səmərəliliyinin Artırılması' Mövzusunda Regional Müşavirə Keçirilib
Sonraki Haber Gəncədə 'ııı Qida Sənayesi Və Qida Təhlükəsizliyi Forumu' Keçirilib

Yorum Yap