Gəncədə 'ııı Qida Sənayesi Və Qida Təhlükəsizliyi Forumu' Keçirilib

Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş “III Qida sənayesi və qida təhlükəsizliyi forumu” keçirilib.
Heydər Əliyev Mərkəzində baş tutan Forumda Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müşaviri Seymur Mövlayev və digər rəsmilər iştirak ediblər.
Əvvəlcə rəsmilər Mərkəzin önündə yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Daha sonra Mərkəzin foyesində təşkil olunmuş sərgiyə baxış keçiriblər.
Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Yaşar Ömərov, forumun əhəmiyyətindən danışıb. O, qeyd edib ki, artıq ənənə halını alan və üçüncü dəfə keçirilən bu forum, qida sənayesi və qida təhlükəsizliyi sahəsində mütəxəssisləri bir araya gətirən mühüm platformadır.
Daha sonra Adil Tağıyev, Bayram Aslanov, Seymur Mövlayev, Elina Sulyayeva, Türkiyə-Azərbaycan Universitetinin Qida mühəndisliyi bölümünün koordinatoru, professor Dr. Ümran Uygun, Azərbaycan Texniki Universitetinin professoru İsa Xəlilov və Azərbaycan-İtaliya Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin dekanı, professor Matteo Vittuari çıxış edərək forumun işinə uğurlar arzulayıblar.
Forum “Qida təhlükəsizliyi” və “Qida sənayesi” olmaqla iki panel üzrə işini davam etdirib.
Panellərarası fasilədə tədbir iştirakçıları ATU-nun Bədii Yaradıcılıq Mərkəzinin üzvü olan tələbələrin konsert proqramını izləyiblər.
Ganja Şura Haberleri
- 17-04-202617:45 Gəncədə 18 Aprel – Beynəlxalq Abidələr Və Tarixi Yerlər Gününə Həsr Olunmuş Tədbir Keçirilib
- 17-04-202617:45 Gəncədə 'ııı Qida Sənayesi Və Qida Təhlükəsizliyi Forumu' Keçirilib
- 17-04-202615:20 Gəncədə 'yanğınlara Qarşı Qabaqlayıcı Tədbirlərin Səmərəliliyinin Artırılması' Mövzusunda Regional Müşavirə Keçirilib
- 17-04-202614:07 Niyazi Bayramov 'azərbaycandan Səs' Sosial Platformasının Təsisçisi İlə Görüşüb
- 16-04-202615:01 Niyazi Bayramov Nizami Parkına Baxış Keçirib, Sakinlərlə Səmimi Söhbət Edib
- 16-04-202611:24 Niyazi Bayramov 'xəmsə' Uşaq Rəqs Ansamblı İlə Görüşüb
- 15-04-202619:28 Niyazi Bayramov Gəncədə Sakinlərlə Növbəti Səyyar Görüş Keçirib
- 15-04-202617:03 Kənd Təsərrüfatı Nazirliyi Yanında İctimai Şuranın Üzvləri Adau-da Olublar
- 15-04-202613:25 Gəncədə Güclü Küləyin Vurduğu Ziyanın Aradan Qaldırılması İstiqamətində Aparılan Təmir-bərpa İşləri Davam Edir
- 15-04-202609:48 Atu-da Yeni Təsis Edilən Məzunlar Assosiasiyasının İlk İclası Keçirilib

