Test

Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin təşəbbüsü və Macarıstan Respublikasının Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin tərəfdaşlığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “I Yaşıl İqtisadiyyat (I GreenEco)” Beynəlxalq Forumu keçirilib.

Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkilləri Pərvin Kərimzadə və Rizvan Nəbiyev, ADAU-nun rektoru Zəfər Qurbanov, ATU-nun rektoru Yaşar Ömərov, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Muhamməd Nasar Hayat, Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Sünniya Durrani-Camal, eləcə də universitetin müəllim və tələbə heyəti iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Mərkəzin önündə yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Daha sonra tələbələrin əl işlərindən ibarət sərgiyə və universitet əməkdaşlarının hazırladığı stendlərə baxış keçirilib.

Forumda Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib, ADAU haqqında videoçarx nümayiş etdirilib.

Zəfər Qurbanov çıxış edərək forumun əhəmiyyətindən bəhs edib. O bildirib ki, dünyada ətraf mühitin çirklənməsi, təbii ehtiyatların tükənməsi və qida təhlükəsizliyi ilə bağlı çağırışların artması fonunda “yaşıl iqtisadiyyat” modelinə keçid strateji zərurətə çevrilib. Qeyd olunub ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində müəyyən edilən “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” hədəfi bu istiqamətdə mühüm əhəmiyyət daşıyır.

Adil Tağıyev çıxışında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından iştirakçıları salamlayaraq forumun işinə uğurlar arzulayıb. O bildirib ki, Gəncə artıq təkcə tarixi və mədəni mərkəz deyil, eyni zamanda yaşıl iqtisadiyyat və innovativ inkişaf platforması kimi formalaşır. Qeyd edib ki, bu cür beynəlxalq forumlar regionun elmi və iqtisadi potensialının güclənməsinə xidmət edir.

Elçin Zeynalov aqrar sahədə rəqəmsal transformasiya və dayanıqlı inkişafın prioritet olduğunu vurğulayaraq, dövlət tərəfindən həyata keçirilən islahatların mühüm nəticələr verdiyini diqqətə çatdırıb.

Digər çıxış edən rəsmilər də yaşıl iqtisadiyyatın ölkənin sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu vurğulayaraq, bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.

Daha sonra Macarıstan Respublikasının Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin rektoru Ksaba Quruçanın videomüraciəti nümayiş etdirilib.

Forum işini “Elm və təhsildə yaşıl konsepsiyalar” və “Yaşıl kənd təsərrüfatı: təhsil, sənaye və beynəlxalq tərəfdaşlıq” mövzularında panel müzakirələrlə davam etdirib.

Önceki Haber 'gəncə Avtomobil Zavodu' İstehsalat Birliyi Çin Şirkətləri İlə Əməkdaşlığı Genişləndirir
Sonraki Haber Nümayəndə Heyətinin Çinə Səfəri Davam Edir

Yorum Yap