Gəncədə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə Həsr Olunmuş Tədbir Keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 29 nömrəli tam orta məktəbdə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, millət vəkili Pərvin Kərimzadə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, idarə, müəssisə, təşkilat rəhbərləri, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş əl işlərindən ibarət sərgisi ilə tanış olublar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Niyazi Bayramov çıxış edərək uşaqları bayram münasibətilə təbrik edib, onların xoşbəxt, sağlam və vətənpərvər ruhda böyümələrinin vacibliyini vurğulayıb. Şəhər rəhbəri ölkədə uşaqların rifahının yüksəldilməsi, hüquqlarının qorunması və hərtərəfli inkişafının təmin olunması istiqamətində həyata keçirilən dövlət siyasətindən bəhs edib.
Elçin Kərimov çıxışında uşaqları təbrik edərək bildirib ki, onların hərtərəfli inkişafı, keyfiyyətli təhsil alması və istedadlarının üzə çıxarılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. O qeyd edib ki, uşaqlara göstərilən diqqət və qayğı ölkənin gələcəyinə qoyulan ən dəyərli sərmayədir.
Pərvin Kərimzadə də çıxış edərək uşaqları bayram münasibətilə təbrik edib, onların yüksək mənəvi dəyərlərə malik, savadlı və vətənə layiqli vətəndaşlar kimi yetişməsinin əhəmiyyətini vurğulayıb.
Bədii hissədə Gəncə şəhər M.Ş.Vazeh adına 16 və 17 nömrəli tam orta məktəblərin şagirdləri, 38 nömrəli körpələr evi–uşaq bağçasının fidanları, Sənan Cavadovun rəhbərlik etdiyi “Xəmsə” Uşaq Rəqs Ansamblının üzvləri və Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək iştirakçıları tərəfindən rəngarəng musiqi və rəqs nömrələri təqdim olunub.
Sonda balaca iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.










Ganja Şura Haberleri
- 17-08-202616:04 Gəncədə 'coca-cola İlə Xəzər Yay' Festivalı Keçirilib
- 13-08-202616:44 Gəncədə Bərk Məişət Tullantılarının İdarə Edilməsinin Təkmilləşdirilməsinə Dair Görüş Keçirilib
- 13-08-202609:26 Niyazi Bayramov Növbəti Dəfə Sakinlərlə Görüşüb
- 06-08-202611:49 Niyazi Bayramov İsrailin Azərbaycandakı Səfiri İlə Görüşüb
- 05-08-202622:54 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Görüşüb
- 05-08-202622:44 Niyazi Bayramov Mktib-nə Gətirilən Yeni Texnikalara Baxış Keçirib
- 31-07-202614:41 Gəncədə Dövlət Qulluqçuları Üçün Təlimlər Keçirilib
- 31-07-202612:09 Gəncə Şəhəri İlə Qırğızıstanın Oş Şəhəri Arasında Qardaşlaşma Haqqında Memorandum İmzalanıb
- 31-07-202608:25 Gəncədə 'heydər Əliyev Məktəbi' Layihəsinin Üçüncü Mərhələsinin Açılış Mərasimi Keçirilib
- 30-07-202617:28 Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin Növbəti Toplantısı Keçirilib

