Gəncədə 27 Sentyabr – Anım Gününün 5-ci İldönümü İlə Əlaqədar Ümumşəhər Tədbiri Keçirilib
Gəncə şəhər Şəhidlər Xiyabanında baş tutan anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Apellyasiya Məhkəməsinin sədri Toğrul Əli, Gəncə Şəhər Məhkəməsinin sədri Xaqani Tağıyev, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının nümayəndəsi Hacı Tahir Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Gəncədə fəaliyyət göstərən universitet rektorları, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, müharibə iştirakçıları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.
Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhərin Nizami Gəncəvi və Heydər Əliyev, Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillər vasitəsilə səs siqnalları verilib.
Qeyd edək ki, 27 sentyabr 2020-ci il tarixi 30 illik işğala, torpaq həsrətinə son qoyan tarixi Zəfərin başlanğıcı kimi yadda qalıb. Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanan və 44 gün davam edən əks-hücum əməliyyatı 10 noyabrda tarixi qələbə ilə yekunlaşıb. Bu gün Vətənimizin hər bir guşəsində Azərbaycan Respublikasının dövlət bayrağı dalğalanır.
Qürurverici haldır ki, möhtərəm Prezident cənab İlham Əliyevin imzaladığı 19 sentyabr 2024-cü il tarixli Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur.
Ganja Şura Haberleri
- 28-04-202617:23 Gəncədə Akademik Zərifə Xanım Əliyevanın 103 İlliyinə Həsr Olunmuş Dəyirmi Masa Keçirilib
- 28-04-202616:11 Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin Növbəti Toplantısı Keçirilib
- 28-04-202613:45 Özbəkistan Nümayəndə Heyəti Gəncəyə Səfər Edib
- 28-04-202611:20 Gəncədə Yeni İstifadəyə Verilən Hotelə Baxış Keçirilib
- 28-04-202608:55 Bu Gün Görkəmli Oftalmoloq- Alim, Akademik Zərifə Xanım Əliyevanın Doğum Günüdür
- 27-04-202616:00 Gəncə Şəhər Ərazisində Yerləşən Kəsim Məntəqələrində İlkin Monitorinq Keçirilib
- 27-04-202613:35 Gəncədə Şagirdlər Üçün Şəhərsalma Mövzusunda Görüş Keçirilib
- 24-04-202616:41 Gəncə Şəhər İcra Hakimiyyətində Baş Prokurorluq Tərəfindən Araşdırma Aparılması İlə Bağlı Yayılan Məlumatlar Əsassızdır
- 24-04-202616:41 Gdu-nun Doktorantı Rəsul Yusibov Macarıstanda Beynəlxalq Elmi Konfransda İştirak Edib
- 24-04-202614:15 Gəncənin Bələdiyyə Sədrləri Konfransda İştirak Ediblər

