Gəncədə 5 Dekabr-dünya Türk Qəhvəsi Günü Münasibətilə Tədbir Keçirilib
Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə 5 Dekabr-Dünya Türk Qəhvəsi Günü münasibətilə tədbir baş tutub. Tədbirdə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. Bildirilib ki, Türk qəhvəsi, Türkiyə ənənələrinin vacib bir hissəsidir. 2013-cü ildə Türkiyə qəhvəsi UNESCO-nun Qeyri-maddi Mədəni İrsi siyahısına daxil edilib və həmin ildən etibarən hər il 5 dekabr tarixi "Dünya Türk Qəhvəsi Günü” kimi qeyd olunur. Tədbirdə iştirakçılara türk qəhvəsi təqdim edilib. Həmçinin, qəhvə ilə çəkilən rəsmlər qonaqların marağına səbəb olub.






Ganja Şura Haberleri
- 01-05-202613:13 Niyazi Bayramov Beynəlxalq Yarışlarda Fərqlənən İdmançılarla Görüşüb
- 30-04-202611:46 Gəncədə 'abad Məhəllə' Layihəsi Həyata Keçirilir
- 29-04-202618:49 Wuf13 Azerbaijan Səhifəsində Nizami Gəncəvi Məqbərəsi İlə Bağlı Paylaşım Edilib
- 29-04-202613:59 Şagirdlərlə 'rəqəmsal Dünyada Təhlükəsizlik' Mövzusu Müzakirə Olunub
- 29-04-202609:09 Gəncədə Qadın Sahibkarların I Qurultayı Keçirilib
- 28-04-202617:23 Gəncədə Akademik Zərifə Xanım Əliyevanın 103 İlliyinə Həsr Olunmuş Dəyirmi Masa Keçirilib
- 28-04-202616:11 Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin Növbəti Toplantısı Keçirilib
- 28-04-202613:45 Özbəkistan Nümayəndə Heyəti Gəncəyə Səfər Edib
- 28-04-202611:20 Gəncədə Yeni İstifadəyə Verilən Hotelə Baxış Keçirilib
- 28-04-202608:55 Bu Gün Görkəmli Oftalmoloq- Alim, Akademik Zərifə Xanım Əliyevanın Doğum Günüdür

