Dövlət Proqramının İcrasına Dair İşçi Qrupunun Onlayn Toplantısı Keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4059 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 2023-cü il tarixli 801s nömrəli Sərəncamının 1.3-cü hissəsinin icrası ilə bağlı İşçi qrupunun onlayn toplantısı keçirilib.
ZOOM platforması üzərindən reallaşan görüşdə İşçi qrupunun üzvü, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev də iştirak edib.
Toplantıda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev çıxış edərək Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası istiqamətində görülən işlər barədə məlumat verib.
ƏƏSMN-nin Sosial təminat siyasəti şöbəsinin müdir müavini Nuranə Həsənova isə “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramının icrası” mövzusunda təqdimatla çıxış edib.
Daha sonra Dövlət Proqramında nəzərdə tutulan tədbirlər ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Ganja Şura Haberleri
- 01-05-202613:13 Niyazi Bayramov Beynəlxalq Yarışlarda Fərqlənən İdmançılarla Görüşüb
- 30-04-202611:46 Gəncədə 'abad Məhəllə' Layihəsi Həyata Keçirilir
- 29-04-202618:49 Wuf13 Azerbaijan Səhifəsində Nizami Gəncəvi Məqbərəsi İlə Bağlı Paylaşım Edilib
- 29-04-202613:59 Şagirdlərlə 'rəqəmsal Dünyada Təhlükəsizlik' Mövzusu Müzakirə Olunub
- 29-04-202609:09 Gəncədə Qadın Sahibkarların I Qurultayı Keçirilib
- 28-04-202617:23 Gəncədə Akademik Zərifə Xanım Əliyevanın 103 İlliyinə Həsr Olunmuş Dəyirmi Masa Keçirilib
- 28-04-202616:11 Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin Növbəti Toplantısı Keçirilib
- 28-04-202613:45 Özbəkistan Nümayəndə Heyəti Gəncəyə Səfər Edib
- 28-04-202611:20 Gəncədə Yeni İstifadəyə Verilən Hotelə Baxış Keçirilib
- 28-04-202608:55 Bu Gün Görkəmli Oftalmoloq- Alim, Akademik Zərifə Xanım Əliyevanın Doğum Günüdür

