Gəncədə Kərpic Zavoduna Baxış Keçirilib
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev "FƏXRƏDDİN – K" MMC-nin Gəncə kərpic zavodunda istehsal prosesi, müəssisənin fəaliyyəti və inkişaf perspektivləri ilə yaxından tanış olub.
Bildirilib ki, Gəncə şəhərində fəaliyyət göstərən "FƏXRƏDDİN – K" MMC-nin Gəncə kərpic zavodu regionun ən mühüm kərpic istehsalı müəssisələrindən biridir. Zavodun ümumi sahəsi 1,2 hektar təşkil edir və burada illik 10 milyon ədəd müxtəlif ölçülü şərti kərpic istehsal etmək gücünə malik müasir istehsal xətti mövcuddur.
Müəssisədə quraşdırılmış avadanlıqlar Almaniya istehsalıdır ki, bu da həm məhsulların keyfiyyətini, həm də istehsal prosesinin səmərəliliyini yüksəldir. Zavodda istehsal olunan kərpiclər ölkənin müxtəlif bölgələrində satışa çıxarılır və bazarda yüksək tələbatla seçilir.
Hazırda müəssisədə 50-dən artıq işçi çalışır və zavodun fəaliyyəti regionda məşğulluğun artırılmasına və sosial-iqtisadi inkişafa mühüm töhfə verir.





Ganja Şura Haberleri
- 01-05-202613:13 Niyazi Bayramov Beynəlxalq Yarışlarda Fərqlənən İdmançılarla Görüşüb
- 30-04-202611:46 Gəncədə 'abad Məhəllə' Layihəsi Həyata Keçirilir
- 29-04-202618:49 Wuf13 Azerbaijan Səhifəsində Nizami Gəncəvi Məqbərəsi İlə Bağlı Paylaşım Edilib
- 29-04-202613:59 Şagirdlərlə 'rəqəmsal Dünyada Təhlükəsizlik' Mövzusu Müzakirə Olunub
- 29-04-202609:09 Gəncədə Qadın Sahibkarların I Qurultayı Keçirilib
- 28-04-202617:23 Gəncədə Akademik Zərifə Xanım Əliyevanın 103 İlliyinə Həsr Olunmuş Dəyirmi Masa Keçirilib
- 28-04-202616:11 Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin Növbəti Toplantısı Keçirilib
- 28-04-202613:45 Özbəkistan Nümayəndə Heyəti Gəncəyə Səfər Edib
- 28-04-202611:20 Gəncədə Yeni İstifadəyə Verilən Hotelə Baxış Keçirilib
- 28-04-202608:55 Bu Gün Görkəmli Oftalmoloq- Alim, Akademik Zərifə Xanım Əliyevanın Doğum Günüdür

