Gəncədə 8 Noyabr – Zəfər Gününə Həsr Olunmuş Möhtəşəm Konsert Proqramı Keçirilib
Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə şəhərin Heydər Əliyev adına meydanında 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş möhtəşəm konsert proqramı baş tutub.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki vitse-konsulu Yiğit Yalın Soyal, Gürcüstanın Gəncədəki baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, məhkəmə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, hərbçilər, şəhid ailələri, müharibə iştirakçıları və şəhər sakinləri iştirak ediblər.
Əvvəlcə Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tanınmış aparıcı Vüsalə Əlizadənin aparıcılığı ilə keçirilən konsertdə o, Zəfərə aparan şanlı tarixə nəzər salıb. Bildirib ki, 27 sentyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə başlanan və xalqımızın “Dəmir yumruq” əməliyyatı kimi tarixə düşən Vətən müharibəsində qazanılan Qələbə, Azərbaycan xalqının qürur, birlik və yenilməzlik rəmzinə çevrildi. Rəşadətli Ordumuz 44 gün ərzində 30 illik həsrətə son qoydu. Xalq, dövlət və ordu bir amal naminə — Azərbaycanın ərazi bütövlüyü uğrunda birləşdi. Bu birliyin nəticəsidir ki, bu gün Qarabağda üçrəngli bayrağımız qürurla dalğalanır.
Konsert proqramında Əməkdar artist Lalə Məmmədova, Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, tanınmış müğənnilər İlkin Dövlətov, Çingiz Mustafayev, Leyla Rəhimova, həmçinin solistlər Samirə Hacıyeva, Vasif Bayramov və Hüseyn Abbasovun çıxışları dinlənilib. “Xəmsə” Uşaq Rəqs Ansamblının və Fikrət Əmirov adına “Göygöl” Rəqs Ansamblının rəngarəng çıxışları isə konsertə xüsusi ovqat qatıb.
Tədbirin sonunda yeddi dəqiqəlik möhtəşəm atəşfəşanlıq olub.

























Ganja Şura Haberleri
- 30-04-202611:46 Gəncədə 'abad Məhəllə' Layihəsi Həyata Keçirilir
- 29-04-202618:49 Wuf13 Azerbaijan Səhifəsində Nizami Gəncəvi Məqbərəsi İlə Bağlı Paylaşım Edilib
- 29-04-202613:59 Şagirdlərlə 'rəqəmsal Dünyada Təhlükəsizlik' Mövzusu Müzakirə Olunub
- 29-04-202609:09 Gəncədə Qadın Sahibkarların I Qurultayı Keçirilib
- 28-04-202617:23 Gəncədə Akademik Zərifə Xanım Əliyevanın 103 İlliyinə Həsr Olunmuş Dəyirmi Masa Keçirilib
- 28-04-202616:11 Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin Növbəti Toplantısı Keçirilib
- 28-04-202613:45 Özbəkistan Nümayəndə Heyəti Gəncəyə Səfər Edib
- 28-04-202611:20 Gəncədə Yeni İstifadəyə Verilən Hotelə Baxış Keçirilib
- 28-04-202608:55 Bu Gün Görkəmli Oftalmoloq- Alim, Akademik Zərifə Xanım Əliyevanın Doğum Günüdür
- 27-04-202616:00 Gəncə Şəhər Ərazisində Yerləşən Kəsim Məntəqələrində İlkin Monitorinq Keçirilib

