Gəncədə 9 Noyabr – Dövlət Bayrağı Günü Qeyd Olunub
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının önündə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə konsert proqramı təşkil olunub. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, Türkiyənin Gəncədəki vitse-konsulu Yiğit Yalın Soyel, Milli Məclisin deputatı Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və digər rəsmilər iştirak ediblər.
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təşkil olunan tədbir hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.
Bildirilib ki, 9 Noyabr hər bir azərbaycanlının qürur və iftixar duyduğu, milli birliyimizin, dövlət müstəqilliyimizin və azadlığımızın rəmzi olan üçrəngli bayrağımızın günüdür. Bu gün şanlı üçrəngli bayrağımız Azərbaycanın hər guşəsində, o cümlədən Şuşada, Laçında, Xocalıda, Xankəndidə qürurla dalğalanır. Bu bayraq Vətənimizin azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin müqəddəs qanı bahasına ucalıb! Bayraq xalqın kimliyidir, qürurudur, tarixidir!
Rəsmi hissədən sonra Gəncə Dövlət Milli Dram Teatrının aktyorlarının, Gəncə şəhər 4 nömrəli musiqi məktəbinin xor kollektivinin, Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçılar ansamblının, yeniyetmə ifaçı Rövşən Nəsirovun və “Xəmsə” Uşaq Rəqs Ansamblının çıxışları izlənilib.
Ganja Şura Haberleri
- 01-05-202613:13 Niyazi Bayramov Beynəlxalq Yarışlarda Fərqlənən İdmançılarla Görüşüb
- 30-04-202611:46 Gəncədə 'abad Məhəllə' Layihəsi Həyata Keçirilir
- 29-04-202618:49 Wuf13 Azerbaijan Səhifəsində Nizami Gəncəvi Məqbərəsi İlə Bağlı Paylaşım Edilib
- 29-04-202613:59 Şagirdlərlə 'rəqəmsal Dünyada Təhlükəsizlik' Mövzusu Müzakirə Olunub
- 29-04-202609:09 Gəncədə Qadın Sahibkarların I Qurultayı Keçirilib
- 28-04-202617:23 Gəncədə Akademik Zərifə Xanım Əliyevanın 103 İlliyinə Həsr Olunmuş Dəyirmi Masa Keçirilib
- 28-04-202616:11 Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin Növbəti Toplantısı Keçirilib
- 28-04-202613:45 Özbəkistan Nümayəndə Heyəti Gəncəyə Səfər Edib
- 28-04-202611:20 Gəncədə Yeni İstifadəyə Verilən Hotelə Baxış Keçirilib
- 28-04-202608:55 Bu Gün Görkəmli Oftalmoloq- Alim, Akademik Zərifə Xanım Əliyevanın Doğum Günüdür

