Gəncədə Asan Könüllülərinin İkinci Regional Karyera Sərgisi Baş Tutub
2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzində keçirilən tədbir "ASAN xidmət"in və Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə reallaşıb.
Əsas məqsəd Gəncə, Şəmkir, Göygöl, Samux, Naftalan, Tovuz, Mingəçevir, Goranboy və ətraf rayonlarda yaşayan könüllü gənclərin məşğulluq imkanlarına çıxışını asanlaşdırmaq olub. Eləcə də regionda fəaliyyət göstərən dövlət və özəl müəssisələrlə gənclər arasında əlaqə yaratmaq, onların peşəkar inkişafına və təcrübə qazanmalarına dəstək prioritet təşkil edib.
Tədbirdə 40-a yaxın müəssisə və təşkilat ümumilikdə 100-dən çox vakansiya təqdim edib. Bununla yanaşı karyera sərgisində 600-ə yaxın gənc aktiv vakansiyalara müraciət və işəgötürənlərlə birbaşa ünsiyyət imkanı əldə ediblər.
Bu prosesə 43 000-dən çox könüllü gənc qoşulub. Bu günə kimi isə könüllülər 6500-dən çox təlim, 850-dən çox yerli və beynəlxalq layihə keçirib və 3400-dən çox könüllü "ASAN Kadr" portalı vasitəsilə işlə təmin olunub.

Ganja Şura Haberleri
- 30-04-202611:46 Gəncədə 'abad Məhəllə' Layihəsi Həyata Keçirilir
- 29-04-202618:49 Wuf13 Azerbaijan Səhifəsində Nizami Gəncəvi Məqbərəsi İlə Bağlı Paylaşım Edilib
- 29-04-202613:59 Şagirdlərlə 'rəqəmsal Dünyada Təhlükəsizlik' Mövzusu Müzakirə Olunub
- 29-04-202609:09 Gəncədə Qadın Sahibkarların I Qurultayı Keçirilib
- 28-04-202617:23 Gəncədə Akademik Zərifə Xanım Əliyevanın 103 İlliyinə Həsr Olunmuş Dəyirmi Masa Keçirilib
- 28-04-202616:11 Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin Növbəti Toplantısı Keçirilib
- 28-04-202613:45 Özbəkistan Nümayəndə Heyəti Gəncəyə Səfər Edib
- 28-04-202611:20 Gəncədə Yeni İstifadəyə Verilən Hotelə Baxış Keçirilib
- 28-04-202608:55 Bu Gün Görkəmli Oftalmoloq- Alim, Akademik Zərifə Xanım Əliyevanın Doğum Günüdür
- 27-04-202616:00 Gəncə Şəhər Ərazisində Yerləşən Kəsim Məntəqələrində İlkin Monitorinq Keçirilib

