Test

Səhiyyə Nazirliyinin “Respublika Qan Bankı” PHŞ tərəfindən Gəncə şəhərində “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində talassemiyadan əziyyət çəkən uşaqlar üçün könüllü qanvermə aksiyası təşkil olunub. Qan Bankının Gəncə Bölməsində keçirilən aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, aksiyanın məqsədi talassemiyadan əziyyət çəkən uşaqların müalicəsinə dəstək olmaq və cəmiyyət arasında könüllü donorluğun təşviqinə töhfə verməkdir. Aksiya gün ərzində davam edəcək.

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən ölkədə donorluğun və qan xidmətlərinin inkişafına dair mühüm sərəncamlar və müvafiq fərmanlar qəbul edilib. 2005-ci il 8 fevral tarixində isə Birinci vitse-prezident Mehriban xanım Əliyeva “Talassemiyasız həyat naminə” proqramının başlanmasını elan edib.

Önceki Haber Amea Gəncə Bölməsinin Əməkdaşı Türkiyədə Nizami Gəncəviyə Həsr Olunmuş Beynəlxalq Simpoziumda İştirak Edib
Sonraki Haber Gəncədə Asan Könüllülərinin İkinci Regional Karyera Sərgisi Baş Tutub

Yorum Yap