Gəncədə 'həmrəyliyin Rəngləri' Adlı Sərgi Nümayiş Olunub
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən regionlarda həyata keçirilən səyyar sərgilər layihəsi uğurla davam edir.
Layihə çərçivəsində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində “Həmrəyliyin rəngləri” adlı sərgi nümayiş olunub. Sərgi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil edilib.
Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev çıxış edərək iştirakçıları qarşıdan gələn Həmrəylik Günü münasibətilə təbrik edib, sərginin əhəmiyyətini vurğulayıblar.
Qeyd olunub ki, sərginin ekspozisiyası iki əsas istiqaməti əhatə edir. Fotoqrafiya bölməsində Azərbaycan Fotoqraflar Birliyinin üzvü olan peşəkar fotoqrafların əsərləri təqdim olunub. Fotolarda azərbaycançılıq ideyasının əsasını təşkil edən birlik və həmrəylik, xalqın multikultural və tolerant dəyərləri, eləcə də torpağa bağlılıq və milli qürur hissləri əks etdirilib.
Tədbirin bədii hissəsində Gəncə Dövlət Filarmoniyasının Xalq çalğı alətləri orkestri geniş konsert proqramı ilə çıxış edib.

Ganja Şura Haberleri
- 01-05-202613:13 Niyazi Bayramov Beynəlxalq Yarışlarda Fərqlənən İdmançılarla Görüşüb
- 30-04-202611:46 Gəncədə 'abad Məhəllə' Layihəsi Həyata Keçirilir
- 29-04-202618:49 Wuf13 Azerbaijan Səhifəsində Nizami Gəncəvi Məqbərəsi İlə Bağlı Paylaşım Edilib
- 29-04-202613:59 Şagirdlərlə 'rəqəmsal Dünyada Təhlükəsizlik' Mövzusu Müzakirə Olunub
- 29-04-202609:09 Gəncədə Qadın Sahibkarların I Qurultayı Keçirilib
- 28-04-202617:23 Gəncədə Akademik Zərifə Xanım Əliyevanın 103 İlliyinə Həsr Olunmuş Dəyirmi Masa Keçirilib
- 28-04-202616:11 Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin Növbəti Toplantısı Keçirilib
- 28-04-202613:45 Özbəkistan Nümayəndə Heyəti Gəncəyə Səfər Edib
- 28-04-202611:20 Gəncədə Yeni İstifadəyə Verilən Hotelə Baxış Keçirilib
- 28-04-202608:55 Bu Gün Görkəmli Oftalmoloq- Alim, Akademik Zərifə Xanım Əliyevanın Doğum Günüdür

