İlham Əliyev - Xalqı İlə Bir Olan, Onun Ağrı-acısını Və Sevincini Bölüşən Qalib Lider
Dövlət başçısının davranış modeli, xüsusilə də simvolik və əlamətdar günlərdə verdiyi mesajlar onun siyasi fəlsəfəsini və idarəçilik üslubunu aydın şəkildə ortaya qoyur. Möhtərəm Prezident cənab İlham Əliyevin ad günlərini şəxsi bayramdan daha çox ictimai-sosial məsuliyyət günü kimi keçirməsi də bu baxımdan təsadüfi deyil. Onun bu günlərdə sosial obyektlərin açılışında iştirak etməsi, məcburi köçkünlər, şəhid ailələri və sadə vətəndaşlarla görüşməsi dövlət-vətəndaş münasibətlərinin mahiyyətini ifadə edən dərin siyasi və mənəvi məzmun daşıyır.
Möhtərəm Prezident cənab İlham Əliyevin 50 illik yubileyini məcburi köçkünlərlə birgə Ağcabədidə qeyd etməsi həmin dövrün ağır reallıqları fonunda xüsusi rəmzi məna daşıyırdı. Torpaqlarımız işğal altında olduğu bir zamanda dövlət başçısının ad gününü doğma yurdlarından didərgin düşmüş insanlarla birlikdə keçirməsi həm mənəvi dəstək, həm də siyasi iradənin ifadəsi idi. Bu addım açıq şəkildə göstərirdi ki, məcburi köçkünlərin taleyi şəxsi deyil, ümummilli məsələdir.
Prezident İlham Əliyevin 60 illik yubileyini Qarabağda, Şuşada qeyd etməsi isə yeni tarixi mərhələnin başlanğıcının simvoluna çevrildi. Şuşa artıq yalnız mədəniyyət paytaxtı deyil, milli qürurun, suverenliyin və tarixi ədalətin bərpasının rəmzidir. Dövlət başçısının ad gününü məhz Şuşada keçirməsi 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin siyasi və mənəvi davamı kimi tarixə düşdü və Qarabağın əbədi Azərbaycan torpağı olduğunu bütün dünyaya bir daha bəyan etdi.
2022-ci il dekabrın 24-də Möhtərəm Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olması və Qərbi Azərbaycandan olan ziyalılarla görüşməsi də mühüm siyasi və ideoloji məzmun daşıyırdı. Bu görüş Qərbi Azərbaycan məsələsinin dövlət səviyyəsində unudulmadığını, tarixi yaddaşın qorunaraq beynəlxalq hüquq çərçivəsində müdafiə olunduğunu nümayiş etdirdi.
2023-cü ildə dövlət başçısı ad günündə Ağdama səfər edərək infrastruktur obyektlərinin açılışında iştirak etdi. Bu isə öz növbəsində postmünaqişə dövrünün əsas prioritetini – bərpa və quruculuq mərhələsini – aydın şəkildə ortaya qoydu. Uzun illər işğalın simvoluna çevrilmiş Ağdam bu gün dirçəlişin və Böyük Qayıdışın əsas mərkəzlərindən biridir.
Bu ardıcıllığın məntiqi davamı kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak ediblər. Bu hadisə Azərbaycanın ərazi bütövlüyünün tam təmin edildiyini, suverenliyin ölkənin bütün ərazisində bərqərar olduğunu və Qarabağda yeni dövrün başlandığını simvolizə edir. Zəfər parkı şəhidlərin əziz xatirəsinə ehtiramın, milli qürurun və tarixi yaddaşın canlı ifadəsidir. Bugün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmçinin Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüblər. Müasir standartlara uyğun inşa edilmiş yaşayış kompleksinin istifadəyə verilməsi Böyük Qayıdış proqramının ardıcıl və planlı şəkildə həyata keçirildiyini təsdiqləyir. Ölkə rəhbərinin sakinlərlə səmimi ünsiyyəti, onların həyat şəraiti və qayğıları ilə yaxından maraqlanması dövlət siyasətinin mərkəzində məhz insan amilinin dayandığını bir daha göstərir.
Nəticə etibarilə, Möhtərəm Prezident İlham Əliyevin ad günlərini şəxsi təntənədən çox, xalqla birlikdə keçirilən mənəvi və siyasi məsuliyyət günü kimi dəyərləndirməsi onun liderlik fəlsəfəsinin mahiyyətini aydın şəkildə ortaya qoyur. Bu davranış modeli göstərir ki, dövlət başçısı üçün əsas dəyər xalqın etimadı, milli birlik və tarixi məsuliyyətdir. Məhz bu yanaşma Prezident İlham Əliyevi təkcə qalib dövlətin rəhbəri deyil, xalqı ilə bir olan, onun ağrı-acısını və sevincini bölüşən qalib Lider kimi tarixə yazır.
Niyazi Bayramov
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı
Ganja Şura Haberleri
- 01-05-202613:13 Niyazi Bayramov Beynəlxalq Yarışlarda Fərqlənən İdmançılarla Görüşüb
- 30-04-202611:46 Gəncədə 'abad Məhəllə' Layihəsi Həyata Keçirilir
- 29-04-202618:49 Wuf13 Azerbaijan Səhifəsində Nizami Gəncəvi Məqbərəsi İlə Bağlı Paylaşım Edilib
- 29-04-202613:59 Şagirdlərlə 'rəqəmsal Dünyada Təhlükəsizlik' Mövzusu Müzakirə Olunub
- 29-04-202609:09 Gəncədə Qadın Sahibkarların I Qurultayı Keçirilib
- 28-04-202617:23 Gəncədə Akademik Zərifə Xanım Əliyevanın 103 İlliyinə Həsr Olunmuş Dəyirmi Masa Keçirilib
- 28-04-202616:11 Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin Növbəti Toplantısı Keçirilib
- 28-04-202613:45 Özbəkistan Nümayəndə Heyəti Gəncəyə Səfər Edib
- 28-04-202611:20 Gəncədə Yeni İstifadəyə Verilən Hotelə Baxış Keçirilib
- 28-04-202608:55 Bu Gün Görkəmli Oftalmoloq- Alim, Akademik Zərifə Xanım Əliyevanın Doğum Günüdür

