Gəncədə Şəhid Övladları Üçün 'yay Məktəbi' Layihəsinə Start Verilib
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə şəhid övladları üçün “Yay məktəbi” layihəsi həyata keçirilir.
Layihənin ilk günü çərçivəsində şəhid atası Miryunis Seyidzadə və şəhid övladları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və partiya fəalları ilə birlikdə Şəhidlər xiyabanını ziyarət ediblər. Burada şəhidlərin xatirəsini ehtiramla yad edərək, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri düzüblər.
Daha sonra uşaqlar onlar üçün xüsusi təşkil olunmuş avtobusda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla birgə Gəncə Memorial Kompleksinə yollanıblar. Kompleksdə şəhid övladlarına 2020-ci ilin oktyabr ayında Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumları nəticəsində dinc əhali arasında törədilən ağır faciələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, Gəncə Memorial Kompleksi həmin hücumlar nəticəsində həlak olmuş günahsız insanların xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılıb.
Uşaqlar Kompleksin tərkibində fəaliyyət göstərən muzeyi də ziyarət edərək “XX əsrin əvvəli”, “Deportasiya və məcburi köçkünlük”, “Soyqırımı və kütləvi qırğınlar”, “Atəşkəs və Vətən müharibəsi dövrü”, “İtkin düşənlər, kütləvi məzarlıqlar, mina terroru” və “İşıqlı gələcəyə doğru” mövzularına həsr olunmuş ekspozisiya zalları ilə tanış olublar.
Daha sonra YAP Gəncə şəhər təşkilatının inzibati binasında şəhid övladları “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin regional filialının əməkdaşları tərəfindən keçirilən təlimlərdə iştirak ediblər.
Qeyd edək ki, beş gün davam edəcək “Yay məktəbi” proqramı çərçivəsində şəhid övladları üçün “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin regional filialının əməkdaşları tərəfindən müxtəlif mövzularda təlimlər keçiriləcək. Həmçinin şəhid övladları “Gəncə MALL” ticarət və istirahət mərkəzində, “Gəncland” ailəvi istirahət və əyləncə kompleksində olacaq, onlar üçün təşkil edilən müxtəlif əyləncə proqramlarında iştirak edəcəklər.

Ganja Şura Haberleri
- 08-10-202617:36 Gəncədə İlk Dəfə Voleybol Festivalı Keçirilib
- 08-10-202610:18 Gəncənin Mədəni İrsinin Qorunmasına Həsr Olunmuş Forum Keçirilib
- 07-10-202617:13 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Görüşüb
- 07-10-202617:13 Baş Prokuror Gəncə Şəhərində Vətəndaşları Qəbul Edib
- 06-10-202611:08 Gəncədə Beynəlxalq Müəllimlər Günü Qeyd Olunub
- 06-10-202606:16 Gəncənin Nümayəndə Heyəti Qırğızıstanın Oş Şəhərinə Səfər Edib
- 02-10-202622:54 Azərbaycan Milli Elmlər Akademiyasında 'gəncə Xanlığı: Sikkə Zərbi Və Pul Dövriyyəsi' Kitabının Təqdimatı Keçirilib
- 02-10-202622:54 Gəncədə 'bani By Landau' Abituriyent Məktəbinin Açılışı Olub
- 01-10-202610:54 Niyazi Bayramov Şəhərin Bir Sıra Ərazilərində Görülən Abadlıq İşlərinə Baxış Keçirib
- 01-10-202609:40 1 Oktyabr – Prokurorluq İşçilərinin Peşə Bayramı Günüdür

