Sənaye Və Texnologiyalar Üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində 'məzun Günü' Qeyd Olunub
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində 2025–2026-cı tədris ilinin məzunlarına həsr olunmuş "Məzun Günü" tədbiri keçirilib.
Tədbirdə Mərkəzin direktoru Elmir Cəfərov, Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşı Sənubər Qocayeva, T. Hacıyev adına 2 nömrəli Musiqi Məktəbinin direktoru Leyla Xəlilova, işəgötürən qurumların nümayəndələri, şəhid ailələrinin üzvləri, müəllimlər, valideynlər və tələbələr iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Dövlət Himni səsləndirilib.
Çıxış edən rəsmilər məzunları təbrik edərək onlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayıb, qazandıqları bilik və bacarıqların gələcək karyeralarında mühüm rol oynayacağını vurğulayıblar.
Tədbir çərçivəsində tələbələrin hazırladıqları musiqi və rəqs nömrələri təqdim olunub. Eyni zamanda, tədris ili ərzində fəallığı və nailiyyətləri ilə seçilən tələbələr, eləcə də müəllimlər "Təşəkkürnamə"lərlə təltif ediliblər.
Məzun Günü tədbiri məzunların birgə rəqsi, xatirə şəkillərinin çəkdirilməsi və xoş təəssüratlarla başa çatıb.

![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Ganja Şura Haberleri
- 08-10-202617:36 Gəncədə İlk Dəfə Voleybol Festivalı Keçirilib
- 08-10-202610:18 Gəncənin Mədəni İrsinin Qorunmasına Həsr Olunmuş Forum Keçirilib
- 07-10-202617:13 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Görüşüb
- 07-10-202617:13 Baş Prokuror Gəncə Şəhərində Vətəndaşları Qəbul Edib
- 06-10-202611:08 Gəncədə Beynəlxalq Müəllimlər Günü Qeyd Olunub
- 06-10-202606:16 Gəncənin Nümayəndə Heyəti Qırğızıstanın Oş Şəhərinə Səfər Edib
- 02-10-202622:54 Azərbaycan Milli Elmlər Akademiyasında 'gəncə Xanlığı: Sikkə Zərbi Və Pul Dövriyyəsi' Kitabının Təqdimatı Keçirilib
- 02-10-202622:54 Gəncədə 'bani By Landau' Abituriyent Məktəbinin Açılışı Olub
- 01-10-202610:54 Niyazi Bayramov Şəhərin Bir Sıra Ərazilərində Görülən Abadlıq İşlərinə Baxış Keçirib
- 01-10-202609:40 1 Oktyabr – Prokurorluq İşçilərinin Peşə Bayramı Günüdür

