Gəncədə 'v Beynəlxalq Kənd Təsərrüfatı Və Qida Texnologiyalarının Tədqiqi Konfransının (ı-craft 2025)' Açılış Mərasimi Keçirilib
Konferans, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) ve Türkiyenin Çukurova Üniversitesinin birgə təşkilatçılığı ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində baş tutub.
Tədbirin məqsədi kənd təsərrüfatı və qida texnologiyaları sahəsində elmi tədqiqatların müzakirəsi, innovativ yanaşmaların təşviqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsidir.
İştirakçılar əvvəlcə Mərkəzin önündə yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Beynəlxalq konfransda əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca Dövlət Himni səsləndirilib, ADAU-nun tanıtım videoçarxı nümayiş etdirilib.
ADAU-nun rektoru Zəfər Qurbanov konfransın əhəmiyyətindən danışaraq qeyd edib ki, tədbir aqrar elmdə bilik və təcrübə mübadiləsi üçün mühüm platformadır. O, ADAU-nun beynəlxalq uğurlarını, Ege Universiteti ilə ikili diplom proqramını və ASIIN institutu tərəfindən verilən akkreditasiyanı diqqətə çatdırıb.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Elm və Təhsil Nazirliyinin müşaviri Nicat Məmmədəli, Milli Məclisin deputatı Musa Quliyev və FAO-nun Azərbaycandakı rəhbəri Muhamməd Nasar Hayat çıxış edərək konfransın elmi əməkdaşlıq və innovasiyaların təşviqi baxımından əhəmiyyətini vurğulayıblar.
Türkiyənin Ege Universitetinin rektoru Nəcdət Budak tədbirin elmin inkişafında rolunu qeyd edib, Çukurova və Macarıstan universitetlərinin rektorlarının videomüraciətləri nümayiş olunub.
Konfrans çərçivəsində elmi məruzələr, panel müzakirələr və beynəlxalq əməkdaşlıq görüşləri keçirilib.
Qeyd edək ki, üç gün davam edəcək konfransın ikinci günündə bölmə iclasları, üçüncü günündə isə iştirakçıların Şuşa-Xankəndi səfəri nəzərdə tutulub.

















Ganja Şura Haberleri
- 29-04-202618:49 Wuf13 Azerbaijan Səhifəsində Nizami Gəncəvi Məqbərəsi İlə Bağlı Paylaşım Edilib
- 29-04-202613:59 Şagirdlərlə 'rəqəmsal Dünyada Təhlükəsizlik' Mövzusu Müzakirə Olunub
- 29-04-202609:09 Gəncədə Qadın Sahibkarların I Qurultayı Keçirilib
- 28-04-202617:23 Gəncədə Akademik Zərifə Xanım Əliyevanın 103 İlliyinə Həsr Olunmuş Dəyirmi Masa Keçirilib
- 28-04-202616:11 Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin Növbəti Toplantısı Keçirilib
- 28-04-202613:45 Özbəkistan Nümayəndə Heyəti Gəncəyə Səfər Edib
- 28-04-202611:20 Gəncədə Yeni İstifadəyə Verilən Hotelə Baxış Keçirilib
- 28-04-202608:55 Bu Gün Görkəmli Oftalmoloq- Alim, Akademik Zərifə Xanım Əliyevanın Doğum Günüdür
- 27-04-202616:00 Gəncə Şəhər Ərazisində Yerləşən Kəsim Məntəqələrində İlkin Monitorinq Keçirilib
- 27-04-202613:35 Gəncədə Şagirdlər Üçün Şəhərsalma Mövzusunda Görüş Keçirilib

