Niyazi Bayramov Çanaqqala Döyüşləri Mobil Muzeyini Ziyarət Edib
Gəncə Şəhər İcra Hakimiyyətinin, Türkiyənin Gəncədəki Baş Konsulluğunun, Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin dəstəyi və Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə Gəncədə Çanaqqala döyüşlərinin 110-cu ildönümü münasibətilə “Çanaqqala Döyüşləri Mobil Muzeyi” ziyarətə açılıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop muzeyi ziyarət edərək burada nümayiş olunan eksponatlarla tanış olublar.
Bildirilib ki, “Çanaqqala Döyüşləri Mobil Muzeyi” layihəsi 2020-ci il iyulun 2-dən fəaliyyətə başlayıb. Layihə çərçivində müharibə dövrünə aid müxtəlif materiallar, videolar və döyüş obyektləri nümayiş etdirilir. Səs effektləri, xüsusi ab-hava və dizaynı ilə bu muzey əbədiyaşar Çanaqqala ruhunu Türkiyənin və dünyanın müxtəlif bölgələrinə daşımağı hədəfləyir.
Sonda xatirə şəkli çəkdirilib.





Ganja Şura Haberleri
- 29-04-202618:49 Wuf13 Azerbaijan Səhifəsində Nizami Gəncəvi Məqbərəsi İlə Bağlı Paylaşım Edilib
- 29-04-202613:59 Şagirdlərlə 'rəqəmsal Dünyada Təhlükəsizlik' Mövzusu Müzakirə Olunub
- 29-04-202609:09 Gəncədə Qadın Sahibkarların I Qurultayı Keçirilib
- 28-04-202617:23 Gəncədə Akademik Zərifə Xanım Əliyevanın 103 İlliyinə Həsr Olunmuş Dəyirmi Masa Keçirilib
- 28-04-202616:11 Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin Növbəti Toplantısı Keçirilib
- 28-04-202613:45 Özbəkistan Nümayəndə Heyəti Gəncəyə Səfər Edib
- 28-04-202611:20 Gəncədə Yeni İstifadəyə Verilən Hotelə Baxış Keçirilib
- 28-04-202608:55 Bu Gün Görkəmli Oftalmoloq- Alim, Akademik Zərifə Xanım Əliyevanın Doğum Günüdür
- 27-04-202616:00 Gəncə Şəhər Ərazisində Yerləşən Kəsim Məntəqələrində İlkin Monitorinq Keçirilib
- 27-04-202613:35 Gəncədə Şagirdlər Üçün Şəhərsalma Mövzusunda Görüş Keçirilib

