Gəncənin Nümayəndə Heyəti 'qomselmaş' Asc-də Olub
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev və “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin direktoru Kamran Nəzərov Belarus Respublikasının Qomel şəhərində keçirilən XX Qomel İqtisadi Forumunda iştirak edirlər.
Forum çərçivəsində nümayəndə heyəti “Qomselmaş” Açıq Səhmdar Cəmiyyətində olub, burada istehsal olunan kənd təsərrüfatı texnikaları ilə tanış olublar. Bildirilib ki, “Qomselmaş” yalnız fərdi maşınlar deyil, müxtəlif təyinatlı model xətlərinə malik texnikalar da istehsal edir. Bu isə torpağın becərilməsi və səpin prosesindən məhsul yığımınadək bitkiçilik sahəsində əsas texnoloji mərhələlərin vahid istehsalçı tərəfindən təmin olunmasına imkan yaradır.
Görüş zamanı “Gəncə Avtomobil Zavodu” İB ilə “Qomselmaş” ASC arasında əməkdaşlıq əlaqələrindən və tərəfdaşlığın inkişaf perspektivlərindən də bəhs edilib.
Qeyd edək ki, XX Qomel İqtisadi Forumu illərdir beynəlxalq ticarət-iqtisadi və investisiya əməkdaşlığının aktual məsələlərinin müzakirə olunduğu, regionlararası və kooperasiya əlaqələrinin genişləndirildiyi nüfuzlu platformalardan biri hesab olunur. Yubiley xarakteri daşıyan forum iştirakçılarına regionun iqtisadi potensialı ilə yaxından tanış olmaq, strateji sessiyalarda iştirak etmək, yeni tərəfdaşlıqlar qurmaq və qarşılıqlı faydalı müqavilələr imzalamaq imkanı yaradır.

Ganja Şura Haberleri
- 17-08-202616:04 Gəncədə 'coca-cola İlə Xəzər Yay' Festivalı Keçirilib
- 13-08-202616:44 Gəncədə Bərk Məişət Tullantılarının İdarə Edilməsinin Təkmilləşdirilməsinə Dair Görüş Keçirilib
- 13-08-202609:26 Niyazi Bayramov Növbəti Dəfə Sakinlərlə Görüşüb
- 06-08-202611:49 Niyazi Bayramov İsrailin Azərbaycandakı Səfiri İlə Görüşüb
- 05-08-202622:54 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Görüşüb
- 05-08-202622:44 Niyazi Bayramov Mktib-nə Gətirilən Yeni Texnikalara Baxış Keçirib
- 31-07-202614:41 Gəncədə Dövlət Qulluqçuları Üçün Təlimlər Keçirilib
- 31-07-202612:09 Gəncə Şəhəri İlə Qırğızıstanın Oş Şəhəri Arasında Qardaşlaşma Haqqında Memorandum İmzalanıb
- 31-07-202608:25 Gəncədə 'heydər Əliyev Məktəbi' Layihəsinin Üçüncü Mərhələsinin Açılış Mərasimi Keçirilib
- 30-07-202617:28 Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin Növbəti Toplantısı Keçirilib

