Test

Məlum olduğu kimi, Gəncə Şəhər İcra Hakimiyyəti və “Bakı Abadlıq Xidməti” MMC tərəfindən şəhərin bir sıra çoxmənzilli yaşayış binalarının yerləşdiyi məhəllə və parklarda “ABAD məhəllə” layihəsi çərçivəsində yenidənqurma işləri davam etdirilir. Layihə çərçivəsində xüsusi diqqət həyətlərin və parkların abadlaşdırılmasına yönəldilib. Artıq şəhərin Cəfər Cabbarlı adına parkında təmir-bərpa işlərinə başlanılıb, mövcud infrastruktur yenilənərək səliqəyə salınır.

Bununla əlaqədar olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı sözügedən ərazidə olub və aparılan işlərlə yerində baxış keçirib.

Şəhər rəhbərinə bildirilib ki, park ərazisində yerləşən üç heykəlin ətrafı abadlaşdırılacaq, mövcud yaşıllıq və bitkilər qorunub saxlanılacaq. Eyni zamanda parkda yenidənqurma işlərinin aparılması da nəzərdə tutulur. Ərazi boyunca velosiped zolağının çəkilməsi, yeni gül və yaşıllıq sahələrinin salınması, piyadalar üçün yeni yolların inşası planlaşdırılır. Parkın davamında yerləşən boş ərazi də parkın tərkibinə daxil ediləcək. Həmin sahədə müasir açıq hava idman qurğuları, idman meydançası və uşaqların istirahəti üçün çoxfunksiyalı uşaq meydançası yaradılacaq.

Bununla yanaşı, şəhərin daha 10 parkında da təmir-bərpa və yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Önceki Haber Gəncədə Qanunsuz Küçə Ticarətinə Qarşı Mübarizə Davam Edir
Sonraki Haber Gəncəçay Çayının Məcrasında Təmizlik İşləri İlə Bağlı Tapşırıqlar Verilib

Yorum Yap