Niyazi Bayramov Növbəti 'abad Məhəllə' Layihəsi Çərçivəsində Görülən İşlərlə Tanış Olub
Məlum olduğu kimi, Gəncə şəhərində müxtəlif ərazilərdə yerləşən çoxmənzilli yaşayış binalarının həyətlərində və parklarda “ABAD məhəllə” layihəsi çərçivəsində yenidənqurma işləri davam etdirilir. Layihənin əsas məqsədi həyətlərin və parkların müasir standartlara uyğun abadlaşdırılması, sakinlər üçün daha rahat və təhlükəsiz mühitin yaradılmasıdır.
Bununla əlaqədar olaraq, Gəncə şəhərində müvafiq ərazilərdə aparılan abadlıq və yenidənqurma işləri ilə yerində tanış olunub.
Şəhər rəhbərliyinə məlumat verilib ki, hazırda Gəncə şəhərində 14 yaşayış binasının həyətində genişmiqyaslı abadlıq, təmir və yenidənqurma işləri həyata keçirilir. Görülən işlər çərçivəsində sakinlərin rahatlığı və asudə vaxtlarının səmərəli təşkili məqsədilə uşaq və idman meydançaları yaradılır, müasir idman qurğuları quraşdırılır, uşaqlar üçün xüsusi oyun sahələri salınır. Bununla yanaşı, həyətlərdə kiçik parklar salınır, tamet və bordür daşları döşənir, ərazilər abadlaşdırılır.
Layihə çərçivəsində binaların fasadları da əsaslı şəkildə təmir edilir və rənglənir. Sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə həyətlərdə və parklarda müasir işıqlandırma sistemləri quraşdırılır, yeni oturacaqlar və zibil qutuları yerləşdirilir. Eyni zamanda, yaşıllıq zolaqlarının genişləndirilməsi və qorunması üçün yeni suvarma sistemləri və zəruri kommunikasiya xətləri çəkilir. Sakinlərin istirahəti üçün həyətlərdə və parklarda söhbətgahların inşası da nəzərdə tutulub.
Bundan əlavə, şəhər üzrə 10-dan çox parkın əsaslı və cari təmirinin aparılması planlaşdırılır.
Şəhər rəhbərliyi görülən işlərlə yerində tanış olub, aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib.
Baxış zamanı ərazidə yaşayan uşaqlarla görüşərək onlarla səmimi söhbət aparılıb. Görüş zamanı uşaqlardan birinə velosiped hədiyyə edilib. Həmin gün doğum gününü qeyd edən digər uşağı təbrik edərək ona planşet təqdim edilib. Eyni zamanda, uşaqların istəkləri nəzərə alınaraq onlara toplar hədiyyə edilib.
Ganja Şura Haberleri
- 08-07-202617:46 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Görüş Keçirib
- 08-07-202616:30 Niyazi Bayramov Şəhərin Bir Sıra Park Və İstirahət Məkanlarına Baxış Keçirib
- 07-07-202610:50 Gəncə Şəhər Heydər Əliyev Mərkəzində 'türkiyə Ədəbiyyatı' Bölməsinin Rəsmi Açılış Mərasimi Keçirilib
- 04-07-202612:12 Gəncədə Xv 'ipək Yolu' Beynəlxalq Musiqi Festivalının Bağlanış Mərasimi Keçirilib
- 03-07-202617:38 Niyazi Bayramov Türksoy Nümayəndə Heyəti İlə Görüşüb
- 03-07-202616:25 Niyazi Bayramov Növbəti 'abad Məhəllə' Layihəsi Çərçivəsində Görülən İşlərlə Tanış Olub
- 02-07-202616:54 'ipək Yolu' Beynəlxalq Musiqi Festivalı Çərçivəsində Ziyalılarla Görüş Keçirilib
- 02-07-202615:39 Gəncədə 'ipək Yolu' Beynəlxalq Musiqi Festivalının Açılış Mərasimi Keçirilib
- 02-07-202611:57 Gəncədə 2 İyul – Azərbaycan Polisi Günü Qeyd Edilib
- 02-07-202608:15 Niyazi Bayramov Vətəndaşlarla Növbəti Dəfə Səyyar Görüş Keçirib

