Niyazi Bayramov Türksoy Nümayəndə Heyəti İlə Görüşüb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) sədr müavini Sayit Yusufla görüş keçirib. Görüşdə TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi Vüqar Məmmədov, mətbuat üzrə əməkdaşı Vüqar Novruz oğlu, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının məsul əməkdaşları iştirak ediblər.
Səmimi şəraitdə keçən görüşdə qonaqlara Gəncə şəhərinin zəngin tarixi-mədəni irsi, mövcud mədəniyyət müəssisələri, həyata keçirilən layihələr, həmçinin şəhərin turizm potensialı və iqtisadi inkişaf istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, Gəncə qədimliklə müasirliyin vəhdətini özündə birləşdirən, regionun mühüm mədəniyyət və sənaye mərkəzlərindən biridir.
Sayit Yusuf təşkilatın fəaliyyəti barədə məlumat verərək TÜRKSOY-un əsas məqsədinin türk xalqları arasında mədəni birliyin gücləndirilməsi, ortaq mədəni irsin qorunması və beynəlxalq miqyasda tanıdılması olduğunu vurğulayıb.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib, tərəflər gələcək əməkdaşlıq perspektivləri, mədəni əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Sonda xatirə şəkli çəkdirilib.





Ganja Şura Haberleri
- 08-10-202617:36 Gəncədə İlk Dəfə Voleybol Festivalı Keçirilib
- 08-10-202610:18 Gəncənin Mədəni İrsinin Qorunmasına Həsr Olunmuş Forum Keçirilib
- 07-10-202617:13 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Görüşüb
- 07-10-202617:13 Baş Prokuror Gəncə Şəhərində Vətəndaşları Qəbul Edib
- 06-10-202611:08 Gəncədə Beynəlxalq Müəllimlər Günü Qeyd Olunub
- 06-10-202606:16 Gəncənin Nümayəndə Heyəti Qırğızıstanın Oş Şəhərinə Səfər Edib
- 02-10-202622:54 Azərbaycan Milli Elmlər Akademiyasında 'gəncə Xanlığı: Sikkə Zərbi Və Pul Dövriyyəsi' Kitabının Təqdimatı Keçirilib
- 02-10-202622:54 Gəncədə 'bani By Landau' Abituriyent Məktəbinin Açılışı Olub
- 01-10-202610:54 Niyazi Bayramov Şəhərin Bir Sıra Ərazilərində Görülən Abadlıq İşlərinə Baxış Keçirib
- 01-10-202609:40 1 Oktyabr – Prokurorluq İşçilərinin Peşə Bayramı Günüdür

